8 Noyabr- Zəfər Günü münasibəti ilə Ağstafada uşaq, yeniyetmə və gənclərin iştirakı ilə kütləvi tədbirlər təşkil olunub.
Zəfər Günü ilə əlaqədar Ağstafa RİH-in müvafiq Tədbirlər Planına uyğun olaraq keçirilən silsilə tədbirlər çərçivəsində uşaq, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə müxtəlif kütləvi tədbirlər təşkil olunub. Belə ki, Ağstafa şəhəri, Heydər Əliyev adına istirahət parkında şahmat, taekvondo, sərbəst güləş, stolüstü tennis üzrə idmançıların nümunəvi çıxışları olub, istedadlı balacaların əl işlərindən ibarət müxtəlif sərgilər təşkil olunub. Həmçinin Heydər Əliyev Mərkəzinin foyesində uşaq, yeniyetmə və gənclərin rəsm və əl işlərindən ibarət sərgilərlə yanaşı, Vətənə həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Orxan Səfərli, ATİA.AZ
Bölməyə aid digər xəbərlər