Azərbaycanımızı idman sahəsində dünyada tanıtdıran idmançımız - Tural Əliyev

    Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. 
    Ulu öndərin layiqli davamçısı,  Ali Baş Komandan, prezident İlham Əliyev demişdir: “İdmana olan diqqət və qayğı Azərbaycanın dövlət siyasətidir”
    Məhz göstərilən bu diqqət və qayğının nəticəsidir ki,Azərbaycan doğrudan da idmanda böyük uğurlara nail ola bilib.
    Gənclik həmişə həyatda və karyerasında uğurlar qazanmaqda maraqlıdır. Əlbəttə, bu uğurlar idman həyatı ilə bağlı olanda daha da cəlbedici görünür. Sözsüz ki, gənclərin qələbəsi, onların qazandığı yeni-yeni uğurlar digər gənclərə də stimul verir.
Onların göstərdiyi şücaət gənclərin istinad yeri olmaqla yanaşı, həm də vətənpərvərlik ruhunda böyümələrinin əsas amillərindən biridir.
    Azərbaycanımızı idman sahəsində dünyada layiqincə tanıtdıran idmançılarımızdan biri də Əliyev Tural Məhəmməd oğludur.
    Tural Əliyev 31 dekabr 1986-cı ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur.
Birinci sinifə doğma kəndində getsə də, az sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. Bundan sonra o, təhsilini Sumqayıt şəhəri 14 saylı tam orta məktəbdə davam etdirmişdir.
    Qazaxda yaşadığı Aslanbəyli   kəndində əvvəl ancaq karate idman növü olduğuna  görə  idmana karate ilə başlamışdır. Sumqayıta köçdükdən sonra atası güləşə çox həvəsli olduğu üçün onu qardaşı ilə birlikdə güləşə qoymuşdur.  Beləliklə,  o, 1996-cı ildən sərbəst güləşlə məşğul olmağa başlayır.  Sərbəst güləş üzrə 2007-ci ildə keçirilən respublika çempionatında çiynindən aldığı zədə onun bir il ərzində idmandan kənarda qalmasına səbəb olur. Müalicəsi başa çatdıqdan sonra isə o, zorxananın pəhləvan güləşinə həvəs göstərir.  Onun bu növdə ilk yarışı 2009-cu ilin Azərbaycan çempionatı olur və həmin turnirdə qızıl medal qazanır.  Bu uğurlu nəticədən sonra məşqçilər onu milli komandaya cəlb edirlər.
İlk dəfə 2009-cu ildə Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa çempionatında qalib gələrək Avropa çempionu olur. 2011-ci ildə isə Litvanın Şaulyay şəhərində və 2014-cü ildə Belarusun Minsk şəhərində zorxana pəhlivan güləşi üzrə 90 kq çəki dərəcəsində Avropa çempionu olmuşdur.


Tural Turan yolçusu , 
Gedir yolundan dönməz .
Azərbaycan eşqinə , 
Yanan məşəldi, sönməz.


Güləş meydanlarında, 
Dizi enməz pəhləvan .
Sağlam bədəndə ruhu, 
Sağlam müdrik bir insan .


Çiynində polisimin
 Ulduzunu daşıyır ,
Vətəni qorumağın,
Əzmi ilə yaşayır ..


 
 
   2009-cu ildə Bakıda, 2010-cu ildə Türkiyənin Konya şəhərində, 2011-ci ildə Belarusun Minsk  şəhərində 90 kq çəkidə dünya kubokunun sahibi olmuşdur.
    2016-cı ildə Qırğısıstanın Çolpan-ata şəhərində keçirilmiş köçəri dünya oyunlarında 90 kq çəkidə 2-ci yeri tutmuşdur.
Tural Əliyev 2017-ci ildə 4-cü İslam Həmrəyliyi oyunlarına qatılmışdır. Komanda yarışlarında  2-ci yeri tutmuş və 4-cü İslam Həmrəyliyi oyunlarının  gümüş medalına sahib olmuşdur.
    Tural Əliyev sərbəst güləş üzrə 25 yaşında Əməkdar məşqçi adına layiq görülüb. Həmçinin güləş üzrə beynəlxalq dərəcəli hakimdir.
Dünya üzrə 3 il (2009, 2010, 2011) ardıcıl olaraq ilin ən yaxşı pəhləvanı, güləşçisi, Azərbaycanın isə 6 il ən yaxşı idmançısı seçilmişdir.
   
Çox kürəklər qoydu yerə,
Bükülməyən biləyi var.
Yarışlarda çıxdı birə,
Goşub daşan diləyi var.


      Ay igid oğlan Tural,
      Yaşa pəhləvan Tural.
      Qanunun keşiyində
      Daim bərk dayan Tural.



Pəhləvanlar diyarından, 
Aslan qorxur harayından,
Zorxananın sarayından,
Qüvvət verən mələyi var.


       Ay igid oğlan Tural,
      Yaşa pəhləvan Tural.
      Qanunun keşiyində
      Daim bərk dayan Tural.


Tural kimi oğlu olan,
Olacaqdır yadda qalan.
Meydanları edir talan,
Zəfər eşqli ürəyi var...


       Ay igid oğlan Tural,
       Yaşa pəhləvan Tural.
       Qanunun keşiyində
       Daim bərk dayan Tural.






 Tural Əliyevin  yetirmələri sərbəst güləş üzrə Dünya və Avropa çempionatlarınin qalibi və mükafatçısı olub,
    Hazırda  Polis zabiti olaraq qanun keşiyində dayanır.
    Biz də ATİA.AZ saytının kollektivi adından dəyərli idmançımıza yeni-yeni uğurlar arzulayırıq.


AYDIN ADIGÖZƏLLİ,
 ATİA.AZ saytının baş redaktoru


Tarix: 31-10-2022, 21:07 Oxunub: 758


Bölməyə aid digər xəbərlər
26-06-2022, 09:26 QAZAX İDMANINA DƏSTƏK OLAQ