Yoldaşının ad günündə nəşi gətirilən şəhid İbrahim Vəlizadə - VİDEO

     Baku TV Vətən müharibəsində qəhrəmancasına şəhid olan İbrahim Vəlizadənin ailəsini ziyarət edib.
Şəhidin həyat yoldaşı Büllur Vəlizadə doğum günündə İbrahimin nəşinin gətirildiyini deyib.
    “Noyabrın 30-da ad günüm idi. Düşünürdüm ki, ən azından həmin gün ondan xəbər çıxar. İbrahimin bayrağa bükülmüş tabutu ad günümə “hədiyyə” oldu”, - deyə o söyləyib.
     Şəhidin anası Kifayət Vəliyeva isə övladı ilə söhbətlərindən birini xatırlayıb:
“Bir gün mənə dedi ki, fikirləş ki, 30 ildir əsirlikdəsən, məni gözləyirsən, amma dalınca gəlmirəm. Analarımız, bacılarımız əsirlikdə bizim yolumuzu gözləyirlər”.


Tarix: 9-10-2023, 16:55 Oxunub: 330


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031