11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
" Xüsusi əhəmiyyət daşıyan səfər " - Babək Vələdov

  Həm Azərbaycanın, həm də Türkiyə prezidentlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə həmişə  böyük təntənə ilə qeyd edilir, əsl  toy - bayrama çevrilir. Baxmayaraq ki, iki dost - qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq mövcuddur, dövlət başçılarının səfərləri zamanı yenə də müxtəlif sahələr üzrə çoxsaylı sənədlər imzalanır. Bu, iki qardaş ölkə arasındakı dostluq əlaqələrinin daha sıx tellərlə bağlılığından xəbər verir. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın  Naxçıvana   səfəri də hər iki xalq üçün böyük bayrama çevrildi. Sentyabrın 19-da suverenliyimizi tam bərpa etdikdən sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri xüsusi əhəmiyyət daşıyırdı və  qardaşlıq münasibətlərimizin tarixində yeni bir önəmli hadisə oldu.

Bu səfərlə bağlı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bəyanatında bir sıra mühüm və vacib məqamlara toxunaraq bildirdi ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Naxçıvanda da şiddətli döyüşlər gedirdi və məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi. Ancaq o vaxt Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən olduğu üçün Ermənistan bütün elektrik və qaz xətlərini kəsmişdi və Naxçıvan faktiki olaraq mühasirədə idi. 15 il Naxçıvan qazsız yaşadı. 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdır - Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaqdır. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı böyük planlar mövcuddur. Burada həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır.

Azərbaycan tərəfindən uğurla aparılan bir günlük antiterror əməliyyatından sonra Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri arasında  Yevlax şəhərində keçirilən görüşə toxunan Prezidentimiz qeyd etdi ki, Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi uğurla gedəcəkdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, dünyanın ən ali kürsüsündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatların verilməsi Türkiyənin növbəti qardaşlıq addımıdır. Müharibənin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” kimi bəyanatın verilməsi bir çoxları üçün ciddi mesaj idi. Şuşa şəhərində imzalanmış müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə biz indi əlaqələrimizin çox fəal dövrünü yaşayırıq. 

Strateji əhəmiyyət kəsb edən layihələrə də münasibət bildirən Möhtərəm Prezidentimiz qeyd etdi ki, TANAP layihəsi, İğdır - Naxçıvan qaz xətti və Qars - Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolu tarixi hadisələrdir. Bu layihələr Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolunun potensialı 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır. Bütün istiqamətlər üzrə, o cümlədən ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar atılmışdır. Azərbaycanın  ticarət dövriyyəsi  keçən il 6 milyard dollardan çox olub. Ancaq bu ilin yeddi ayında 40 faiz daha artmışdır və daha da artacaq. Preferensial ticarət anlaşması da imzalanmışdır və o siyahıda olan məhsulların sayı da artır. 

Bu gün Türkiyə - Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimiz və əməkdaşlığımız  bütün sahələrdə gündən-günə daha da möhkəmlənir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana  xüsusi əhəmiyyət daşıyan səfəri  bunu bir daha sübut etdi.


Babək Vələdov

YAP Qazax rayon təşkilatının məsləhətçisi


Tarix: 29-09-2023, 08:46 Oxunub: 380


Bölməyə aid digər xəbərlər