11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Elcan Qədirli olimpiadanın "Qızıl Mükafatı"na layiq görülüb

    Məktəb cəmiyyət ücün bilikli, hazırlıqlı, öz fikrini aydın ifadə edə bilən, müstəqil düşünmək və fəaliyyət göstərmək qabiliyyətinə malik olan şəxslər yetişdirməlidir.  Ölkəmizə hər tərəfli inkişaf etmiş, geniş dünya görüşünə malik,  intellektual səviyyəsi yüksək olan şəxslər gərəkdir. 
Axi gəcələyin müəllimləri,  iqtisadçilari, həkimləri, hüquqşünasları bu gün parta arxasında oturan məktəblilər olacaq.  Onları həyata hazırlamaq hər bir müəllimdən  öz işinə məsuliyyət və tələbkarlıqla yanaşmaği tələb edir.
   Ümumtəhsil məktəblərimizdə fitri istedadlı müəllim şagird kollektivlərinin hörmətini qazanan, hazırcavab, müstəqil həyat yolunu muəyyən edən sagirdlərimiz çoxdur. Onlardan biri də Elcan Elşad oğlu Qədirlidir.  Elcan Abşeron rayonu Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin 6-cı sinfində oxuyur.  Dərs əlaçısıdır, səkli şərəf lövhəsini bəzəyir, məktəbdə dəqiq elmlər üzrə fitri istedadıyla tanınır.  Onu da qeyd edək ki,  Elcan ötən tədris ilinin sonunda Bakının 20 nomrəli tam orta məktəbində kecirilmiş Sinqapur və Asiya Məktəbliləri arasında  Riyaziyyat Olimpiadasında iştirak etmiş,  olimpiadanın  "Qızıl Mükafatı"nı almışdır.
    Elcanin gələcək arzuları olan  dostluq, sagird-müəllim münasibətləri,  olimpiada və özü barədə fikirləri ilə oxucularımızı tanış edirik: 
 
  -Elcan, necə oldu ki,  belə mötəbər  beynəlxalq yarışda iştirak etdin?

   -Ölkəmizdə olimpiadanın keciriləcəyini öncədən oyrənmişdim. Özümü sınamaq ücün yarışda iştirak etməyi qərara aldım.  Fikrimi valideyinlərimə və müəllimlərimə bildirdim. Onlar da mənə dəstək verdilər, məni daha da həvəsləndirdilər. Özümə çox güvənirdim,  inanirdım ki,  münsiflər heyyətinin müəyyənləşdirdiyi üç mükafatdan birini mən alacağam.
Olimpiadada güclü rəqiblər çox idi. Amma bu məni qorxutmadı, daha da cəsarətləndirdi.


   -Biləndə ki, qızıl mükafata layiq görülmüsən,  hansı hissləri keçirdin?
  
 - Həmin hissləri sözlə ifadə etmək çox cətindir. Çox qürurverici, unudulmaz bir an idi.
Özümü qalib ölkənin, qalib xalqın qalib şagirdi kimi hiss etdim. Bu uğura gorə müəllimlərimə və valideyinlərimə minnətdaram.

   - Hansi sənətin sahibi olmaq istərdin?

   - Gələcəkdə ya həkim, ya da pilot olmaq istərdim. Bilirəm ki, hər iki sənət çox cətin və məsuliyyətlidir. Seçəcəyim sənətin sirlərini mükəmməl öyrənməyə çalışacağam.

  - Müəllimlərin barədə nə deyə bilərsən?
 

 - Mənim fikrimcə müəllimdən narazı olmaq düzgün deyil, çünki müəllimlərin hamısı qayğıkeşdir,  fədakardır.  Pis və tənbəl şagird var. Müəllimlərin hər bir şagird üzərində əməyi əvəzsizdir.
 

 -Qibtə etdiyin müəllim kimdir?
   - Mən müəllimlərimi bir birindən ayırmaq istəmirəm. Müəllimlərimə böyük hörmət və rəğbətim var. Əgər hansısa müəllim haqqında danışmaq lazım gəlsəydi onda mən müəlimim Səbinə Quliyevanın keyfiyyətlərindən danışmaq istərdim. Bu barədə başqa zamanda... 

   -Sevimli məşquliyyətin nədir?
 

 -  Bədii ədəbiyyat oxumağı və məntiqlə məşğul olmağı xoşlayıram.  Tanınmış səxsiyyətlər haqqında yazılmış əsərləri maraqla oxuyuram. 

  - İdmanın hansı növü səni özünə cəlb edir?
 

  - Hər gün idmanla məşğul oluram.
  Futbola və şahmata daha böyük marağım var.
 

  - Bəs musiqiyə marağın necədir? Valideyinlərin barədə nə deyə bilərsən?   
 

  - Milli musiqimizi hamımız sevirik, yüksək dəyərləndiririk. Mən də boş vaxtlarımda milli musiqimizi həvəslə dinləyirəm.  Bu marağı məndə atam oyadıb.  O, ixtisasca mühəndis olsa da gözəl qarmon ustası kimi tanınıb.  Anam isə oxuduğum məktəbdə müəllim işləyir.

  - Xarici dilləri öyrənməyə vaxtın varmı?

  -Rus və ingilis dillərini mükəmməl öyrənmək istəyirəm.  Çünki xarici dili bilmədən yaxşı mütəxəsis olmaq mümkün deyil.

   -Elcan, səninlə xeyli sohbət etdim, səni tanıdım, arzularınla, düşüncələrinlə tanış oldum. Mən də səni bu böyük qələbə münasibətilə təbrik edir, sənə yeni tədris ilində yeni-yeni uğurlar arzulayıram.
İnanıram ki,  sən gələcəkdə seçdiyin sənətlə ölkəmizə xeyir verəcək, xalqımızın ən layiqli övladı olacaqsan,  valideyinlərin sənin uğurlarınla fəxr edəcək.

 

  -Mənə vaxt ayırdığınıza görə mən də sizə təşəkkür edirəm.

Ramiz Kərimov, ATİA.AZ


Tarix: 29-07-2023, 20:31 Oxunub: 496


Bölməyə aid digər xəbərlər