11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Məktəbdə özünü apara bilməyən şagirdlərə cəza sistemi TƏTBİQ EDİLSİN – Ekspertdən TƏKLİF


Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı inzibati tədbirlər müəyyənləşsə də, real təcrübədə buna hələki rast gəlinmir. Bu gün şagird-müəllim münasibətlərində daha çox təhsil verənlərin cəzalandırılması praktikası müşahidə edilir. Son illərin təhsil təcrübəsi göstərir ki, şagirdlərə ifrat dərəcədə sərbəstlik və daha geniş çərçivədə “əl-qol açmalarına şərait yaradılır.

Dərs prosesini və davamiyyəti mütəmadi pozan, ədabaz hərəkətləri ilə müəllimləri boğaza yığan şagirdlərin cəzalandırılmaması isə ictimaiyyətdə birmaənalı qarşılanmır. 
Elə bu günlərdə paytaxtın Suraxanı rayonu 146 nömrəli tam orta məktəbində baş verən olay kimi...

8-ci sinfin ingilis dili dərsində Kazım Canıyevin şagirdi döydüyü barədə videogörüntülər yayıldı.

Təbii ki, döyülmə ilə bağlı fakt ortada olsa da, döyülən şagirdin dəfələrlə qeyri-etik davranışlar etməsi müzakirə mövzusuna çevrilmədi. Halbuki ədabaz şagirdlə bağlı valideynlərinə dəfələrlə xəbərdarlıq edilsə də, nəticəsi olmayıb. Bu dəfə isə müəllim hövsələdən çıxıb. Nəticə etibarilə Kazım Canıyev davranışına görə işindən kənarlaşdırılıb. Bəs şagird? Onun barəsində cəza tədbirinə ehtiyac yoxdur?

Ümumiyyətlə, müəllimlərin şagirdləri cəzalandırmaq kimi bir səlahiyyəti varmı? 
Təhsil eksperti Elşən Qafarov Bizim.Media-ya açıqlamasında bildirib ki, müstəqillik dövründə təhsilin ən böyük problemlərindən biri məhz  ümumtəhsil məktəblərinin nizamnaməsinin olmamasıdır:

“Nizamnamənin olmaması müəllim-şagird, müəllim-valideyn, məktəb-valideyn, müəllim-müəllim arasındakı münasibətlərə çox ciddi boşluqlar yaradır. Düzdür, 2014-cü ildə Təhsil işçilərini etik davranış Qaydaları təsdiq olunub. Baxmayaraq ki, məktəblərin çoxunda tətbiq olunmur. Amma ən azı etik Qaydalarda tərəflərin münasibətləri haqda qismən qeyd olunur.

Məktəbin daxili intizam qaydalarını pozanların hansı formada cəzalandırılması, hətta hansı formada mükafatlandırılması mexanizmi isə yoxdur. Bunlar hər bir məktəbin nizamnaməsində əks olunmalıdıır. Bu yaxınlarda Elm və Təhsil Nazirliyi cəmiyyətə yaşıl, narıncı və qırmızı kartlarla bağlı qaydalar təqdim etdi. Amma bu məsələ də təhsil ictimaiyyəti tərəfindən müzakirəyə çıxarılmadı.
Hazırda qaydaları pozan şagirdlərin hansı formada cəzalandırılması qaydaları mövcud deyil. 10 gün əvvəl 146 saylı məktəbdə baş verən hadisə bizi bir daha düşündürməyə məcbur edir. 3 il ərzində digər müəllimlərin imtina etdiyi və Kazım müəllimin də indiyə qədər səbr etdiyi şagird mütəmadi olaraq qaydaları pozdu. Nəticə etibarilə Kazım müəllimi işdən azad etdilər. Hamı Kazım müəllimin qayda pozduğunu gördü. Amma Kazım müəllimi o səviyyəyə çatdıran şagird haqda tədbir görülmədi”. 

Ekspertin sözlərinə görə illərdir ümumtəhsil məktəblərinin nizamnamələrinin hazırlanması təklif olunur:

“Nizamnamə hazır olmayana qədər, məktəblərimizdə istər şagirdlərlə, istər müəllimlərlə və ya valideynlərlə problemli situasiyalara rast gələcəyik. Məktəb rəhbəri problemli durumlarda necə addım atmalıdır, bunlar müəyyənləşməlidir. Hələ Sovet dövründə məktəbi əla qiymətlərlə bitirən və nümunəvi davranışı ilə fərqlənən şagirdlərə xüsusi tərifnamələr verilirdi. Bu tərifnamələr şagird və onun valideyni üçün çox böyük önəm daşıyırdı. Cəza sistemi tətbiq edilməlidir. Eyni zamanda mükafatlanmanın da sistemi qurulmalıdır. Görünən odur ki, boşluğu aradan qaldırmaq istəyən yoxdur”.


Tarix: 22-12-2022, 10:35 Oxunub: 386


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı