Məktəb üç kollektivin - müəllim, şagird və valideyn kollektivlərinin vəhdətindən ibarətdir. Bu kollektivlər ümumi məqsəd uğrunda səylərini birləşdirərək yüksək nəticələr əldə etdikdə inamla yaradıcı vahid kollektivin formalaşdığını təsbit etmək olar. Məktəb elə bir müəssisədir ki, orada formalaşan iş mühiti və üslubu, ilk növbədə, məktəb direktorunun şəxsiyyətindən çox asılıdır.
Məktəb direktoru - natamam orta və ya orta məktəbin rəhbəri, məktəbdə təlim-tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır.
Dərindən və hərtərəfli düşünülmüş qərarlar məktəb rəhbərlərinin idarəedicilik fəaliyyətinin nəticə etibari ilə səmərəliliyinin vacib şərtidir. Onu da nəzərdə saxlamaq lazımdır ki, qəbul edilmiş qərarlar, verilmiş əmrlər, sərəncamlar obyektiv və ədalətli olduqda və onların həyata keçirilməsi ilə bağlı konkret təşkilati tədbirlər gördükdə daha səmərəli olur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 16 iyulda keçirilən 2022-ci ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısının toxunduğu mühüm məsələlərdən biri də hərbçilərin sosial müdafiəsi və müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemlərinin daim diqqət mərkəzində saxlanılması istiqamətində həyata keçirilmiş tədbirlər oldu.
Hərbçilər, qazilər və şəhid ailələri Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı altındadır. Dövlətimiz bu kateqoriyadan olan insanlara layiqli yanaşma nümayiş etdirir, onlara həssas münasibət göstərir. Azərbaycan şəhid ailələrinə, hərbçilərə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə dünya miqyasında nümunəvi ölkələrdəndir.
Ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə, hərbçilərə və veteranlara göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu kateqoriyadan olan insanlar bundan sonra da yüksək dövlət qayğısı ilə əhatə olunacaqlar.
Bu qayğı bütün sahələrdə olduğu kimi təhsil sahəsində də özünü göstərir.
Goranboy Rayon Təhsil Şöbəsinin tabeliyində 58 tam orta, 10 ümumi orta,10 ibtidai məktəb fəaliyyət göstərir.
Səfikürd kənd tam orta məktəbi də daim yüksək nəticələrlə Goranboy rayonunda önəmli yer tutmuşdur.
Abışova Lamiyə Rövşən qızı 07.11.2019-cu ildən bu məktəbdə direktor vəzifəsini icra edir.
2002ci ildən pedoqoji fəaliyyətə başlayan Abışova Lamiyə
məktəbdə müəllim tələbatına ehtiyac olduğuna görə 2010-cu ildən müavin kimi çalışmağa başlayıb.
Səfikürd kənd tam orta məktəbin şagirdləri bir çox sahələrdə yüksək uğurlara imza atıblar. Elə bu ilki nəticələrə nəzər salsaq Ali məktəblərə qəbul olan 20 şagirddən 3 nəfərin şagirdin 600-dən çox bal topladığını görərik.
Bildiyimiz kimi Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoydu, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi.
İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, Xalq–Prezident–Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı.
Bu qələbədə Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Goranboy rayonunun Səfikürd kənd tam orta məktəbin direktoru Abışova Lamiyə Rövşən qızı öz kollektivi ilə birlikdə Səfikürd kəndindən 5 nəfər, Tatarlı kəndindən isə 3 nəfər torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən Şəhidlərrimizin ailələrini də vaxtaşırı ziyarət edir.
Məktəbdə “Kəndimizin Şəhid oğulları” adlı guşə yaradılıb, Şəhidlərimizin şəkilləri asılıb.
Lamiyə müəllim(ə) işlədiyi kollektivdə müəllim və şagird kollektivinin dərin hörmətini qazanmışdır.
Biz də Lamiyə xanıma daha böyük uğurlar arzu edirik.
Bölməyə aid digər xəbərlər