11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
QAZAXDA DİŞ HƏKİMLƏRİ ANCAQ "ZAKAZA" İŞLƏYİR

   Ağrısı ölkə ilə bir olan, carəsi illərdir tapılmayan bərbad səhiyyəmizin cürük olan, Qazax  stomotologiya şöbəsi icarədən qaz vurub özü ücün qazan doldurur.  "Burda mənəm, Bağdadda kor xəlifə" misalı burda lap yerinə düşər.
   Bu  gün Qazaxda köhnə  doğum evinin ərazisində yerləşən, səhiyyəmizin üz qarası olan, öz ciblərinə çalışan  stomotoloji şöbəyə kəskin ağrı ilə müraciət etdim.  Saat 18 iradələri idi,  şöbədə qadın həkimlər iş otaqlarında xəstə qəbul edib işləyirdilər.   Yaxınlaşıb yaxın qohumumun kəskin diş ağrısı olduğunu və kömək lazım olduğunu bildirdim.  Diş həkimləri iki qadın idi.  "Biz diş çəkmirik" deyərək bizi başdan eləmək istədi.  Sanki icra hakimiyyətinə gəldiyimi zənn elədim . O zaman "bəs burda stamatoloji şöbədə nə iş görürsünüz?" deyə soruşdum .  Qadın həkim "biz zakaza (sifarişə) gəlmişik, vaxtımı alma" deyib məni acıladı, daha sonra "siz dəlisiniz, dəlixana isə Qazaxın o biri başındadır, gedin ora müraciət edin" deyib təhqir etməkdən də çəkinmədi.  Həkimin bu ixtiyarı, arxayınlığı, üstəgəl özbaşnalığı hardan aldığını deyə bilməsəm də anladım ki, gecə gündüz şəxsi ciblərinə işləyən səhiyyənin bu qolu deyəsən səhiyyə naziri Teymur Mustafayevin yadından çıxıb . 
   Maraqlı məqam odur ki səhiyyənin bir neçə işcisi bizə yaxınlaşıb dedilər ki, stomotologiya şöbəsində bütün avadanlıqlar həkimlərin öz vəsaiti hesabına alınır, ona görə də bu şöbədəki həkimlər  haqqını verib işləyirlər.   Heç icra başçısı Rəcəb Babaşov da bu şöbəyə bata bilmir.  Cünki haqlıdırlar.  Gecə 12-yə kimi həkimlər özəl klinika kimi faliyət göstərirlər. Öyrəndik ki, TƏBİB-in Qazax üzrə hüquqi publik şəxsin direktoru Sevda Məmmədovanın bacısı və qardaşı oğlu da bu şöbədə həkim kimi işləyirlər. Ona görədə  "arxalı köpək qurd basar" prinsipi bu şöbədə ayaq tutub yeriyir.
    İcra başcısı məzuniyyətdə olduğundan hələlik gözləmə mövqeyindƏ qalırıq, onsuz da iş günlərində icra başcısı Rəcəb Babaşovun qəbuluna gedəcəyik və aidiyyəti qurumlara da müraciət edəcəyik.

    Dövlət müəsisəsinin gecə 12-yə kimi işləməsi bir tərəfə, sanki ata yurdlarıdır kimi davranmaqları da burda çalışanların kiməsə arxalanmasının sübutudur.  Onsuzda Qazax səhiyyəsindən ard-arda şikayətlər mütəmadi olaraq mətbuatda dərc olunmasına baxmayaraq nəticə cixaran yoxdur. Bəlkə səhiyyə ölüb basdıranı yoxdur, onu da bilmirəm . Bildiyim odur ki, yerli əhalinin sayəsində paytaxt qiymətinə dişlərə xidmət göstərən, xalqdan olub xalqı bəyənməyən harınlamış bu həkimlərə kimsə dur deməlidir.  Bu gediş əslində kiminsə onlara şərait yaratması anlamına gəlir, yerli icra hakimiyyəti və yaxud səhiyyə şöbəsi,  ən başda TƏBİB və Səhiyyə nazirliyi... Səhiyyədə hər yerdə olduğu kimi iş vaxtı bitdiyi vaxtı ciblərinə çalışan bu həkim ordusu bəllidir ki,  varlandıqca gözləri ayağının altını seçməyəcək, bu gün müraciət edən xəstəyə dəlixananı məsləhət verirsə, sabah xəstəni stolda məhv etmək onun ücün sifariş də ola bilər .
  Axı onlar işdən sonra Zakaza gəlib işləyirlər,  öz dedikləri kimi...

Rəşad Əlisgəndərov

ATİA.AZ saytı olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Tarix: 3-07-2023, 09:24 Oxunub: 937


Bölməyə aid digər xəbərlər