Söyüdlü kəndində yaranan insidentdə iştirak edən 5 nəfərin hər biri barəsində 20 sutka həbs qərarı verilib

    Gədəbəyin Söyüdlü kəndində süni gölün tikintisi zamanı yaranan insidentdə iştirak edən 5 nəfər məhkəmə qarşısına çıxarılan
 etirazçılar İnzibati Xətalar Məcəlləsinin 513.2-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə təqsirli bilinib.
     Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə hər biri barəsində inzibati qaydada 20 sutka həbs qərarı verilib.
     Qeyd edək ki, Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Həmçinin ötən gün Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov etirazçılarla görüşüb, ikinci süni göl yaradılmayacağını bəyan edib.

Əbdülqəni Hüseynov 


Tarix: 22-06-2023, 09:41 Oxunub: 244


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930