Çox təsüflər olsun ki, son vaxtlar sosial şəbəkələrdə bəzi müəllimlərin hansısa şagird, valdeyinlərdən pul yığma səs yazıları yayılanda bütün cəmiyyətə məyusluq yaranır, ölkənin təhsilinin hansı vəziyyətdə olmasın isə sözlə ifadə etmək mümkün deyil.
Bu dəfə isə göndərilən məktəb direktorunun səsi tam fərqlidir, belə ki, Lənkaran rayon Liman şəhəri 1 saylı tam orta məktəbin direktoru Sevər Ağayeva məktəbin Hikmət adlı əməkdaşı ilə danışarkən onlardan məktəbdə işləyən xadimələrin aldığı aylıq 250 manat əmək haqqının 50 manatını ona verilməsin tələb edir, əks halda, vermədikləri təqdirdə onları bundan sonra 8 saat işdə saxlayacağını bildirir, səs yazsında qarşı tərəf fəhlənin haqqın yemək olmaz kimi irad bildirərək məktəb direktorunun istəyini icra etməkdən imtina edir.
Daha sonra məktəb direktoru etikadan kənarda ifadələr işlədir, o, bildirir ki, bunu etməyə onun haqqı çatır, kim nə istəyir etsin, kim mənim haqqımda nə deyir desin, nə edirəm lap yaxşı edirəm, mən özün üçün məktəbin hesabına ev tikdirmişəm, getsinlər bunda yazsınlar - deyə Lənkaran rayon Liman şəhər 1 saylı məktəbin direktoru Sevər Ağayevanın səs yazsında vurğulanır.
Mənbənin dediklərinə görə Sevər Ağayeva müəllimlik dövüründə rayonda işlədiyi məktəblərdə hər zaman narazlıqlar yaradıb, onun barəsində dəfələrlə şikayətlər olmasına baxmayaraq Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfovun himayadarlıqı altında ona güvənərək direktor təyin olunan məktəbdə istədiyin edir.
Sözü gedən səs yazısını təqdim edirik:
Yazıda adı çəkilən istənilən şəxsin mövqeyin dərc etməyə hazırıq.
Azərbaycan Reallığı
Bölməyə aid digər xəbərlər