11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Yaylaq Festivalı” ərazisində əxlaqsızlıq yuvası aşkarlandı

     Göygölün Yeni Zod qəsəbəsi ərazisində yerləşən “Milli Yaylaq Festivalı” ərazisində əxlaqsızlıq yuvası təşkil etdiyinə görə barəsində cinayət işi açılmış şəxsə hökm oxunub.
    Belə ki, həmin ərazidə gözətçi kimi çalışan 63 yaşlı M.Məmmədovun çadırlardan birində pul müqabilində əxlaqsızlıq yuvası təşkil etdiyi müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 244.1-ci (Əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə iş açılıb.
    Araşdırmalar zamanı məlum olub ki, yay aylarında “Milli Yaylaq Festivalı” keçiriləndən sonra təşkilatçılar oradakı çadırları sökməmək və növbəti 2023-cü ilin yayında keçiriləcək festivala saxlamağı qərara alıblar. Onlar Yeni Zod kənd sakini olan M.Məmmədovla qeyri-rəsmi şəkildə əraziyə gözətçilik etməsi və məvacib olaraq aylıq 400-500 manat ödənilməsinə razılaşıblar.
    Lakin sonradan M.Məmmədovun ona müraciət edən şəxsə pul müqabilində çadırlardan birini icarəyə verməsi məlum olub. Polisin keçirdiyi əməliyyat zamanı çadırdakı iki nəfər müəyyən edilib və onların ifadələri alınıb. Həmin şəxs M.Məmmədova çadırın 2 saatlıq icarəsi üçün 41 manat ödədiyini bildirib.
     Məmmədov barəsindəki cinayət işinin materialları Göygöl Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə o, qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.


Tarix: 17-05-2023, 11:50 Oxunub: 247


Bölməyə aid digər xəbərlər