Ötən ilin martında Xəzər rayonu Binə qəsəbəsi ərazisində arvadı 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovanı qətlə yetirən Saməddin Həsənovun məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 36 yaşlı Saməddin Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə isə qısqanclıq zəminində qeydə alınıb. Cütlük arasında mübahisə yaşandıqdan sonra Ülviyyə polisə gedərək ərindən şikayət edib. O, Saməddin tərəfindən döyüldüyünü bildirərək sığınacağa yerləşdirilməsini istəyib.
Daha sonra Saməddin sığınacağa gedərək arvadından şikayəti geri çəkməsini, onunla boşanmasını istəyib. Bundan sonra ailəsi də Ülviyyəyə eyni tələblə müraciət edib, lakin qadın ailəsindən imtina etdiyini bildirərək heç kimlə razılaşmayıb.
Bir neçə saat sonra Saməddin yenidən sığınacağa gedib və hasardan tullanaraq içəri daxil olub. O, arvadını mətbəxdən həyətə çıxararaq yenidən danışmağa çalışıb. Bu zaman Saməddin sığınacağın mətbəxindən bıçağı özüylə götürüb. Tərəflərin ortaq məxrəcə gələ bilməməsi sonda qətllə nəticələnib. Saməddin arvadını bıçaqlayaraq öldürdükdən sonra özü polisə cinayət barədə məlumat verib.
Məhkəmə prosesində Ülviyyə Həsənovanın atası da ifadə verib. Maraqlıdır ki, o, kürəkənindən şikayətçi olmayıb.
“Saməddinin etdiyi hərəkətə bəraət qazandırmıram. Ancaq onun da hansı səbəbdən belə hərəkət etdiyini başa düşürəm və üç azyaşlı
uşaqlarına görə Saməddinə qarşı heç bir şikayət və ya tələbim yoxdur” – qadının valideyni ifadəsində bildirib.
Bölməyə aid digər xəbərlər