Bu çörəyin qiyməti ikiqat bahalaşdı



Unun qiymətinin qalxmasından sonra 50 qəpiklik zavod çörəyinin qiymətində 15 qəpik, hətta daha çox bahalaşma müşahidə edildi. Artıq bu bahalaşma çovdar tərkibli qara çörəklərdə də baş verir. Bəzi çovdar tərkibli çörəklərin qiymətində iki, hətta üçqat bahalaşma müşahidə olunur.
Alıcılar bildiriblər ki, həmişə 0.80-1 manat civarında aldıqları qara çörək indi 2 manatdan da baha qiymətə mağaza piştaxtalarına qoyulub.
Bəzi çörək zavodlarından qeyd edilib ki, pəhriz çörəklərindəki qiymət artımı xammalların bahalaşması ilə bağlıdır.
Digər çörək zavodlarından da bildirilib ki, çörəklərin bir-birinə nisbətən daha baha olması istehsal texnologiyası və tərkibində olan komponentlərlə bağlıdır. Həmçinin bununla yanaşı, çövdar unu, çovdar səmənisi və digər məmulatlar xaricdən gətirilir ki, hazırda dünyada müşahidə olunan siyasi-iqtisadi vəziyyət idxal xərclərinə də təsir edir.
Xəzərxəbər


Tarix: 2-09-2022, 09:27 Oxunub: 231


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930