Bərdədə arvadı tərəfindən döyülən kişi öldü...

Bərdədə arvadı tərəfindən döyüldükdən sonra ütü ilə yandırılan kişi həyatını itirib.
Bu barədə  Hidayət Cəfərovun oğlu Xudayar Cəfərov deyib.
X.Cəfərov bildirib ki, hazırda 80 yaşlı atalarının dəfn hazırlıqları ilə məşğuldurlar. Daha sonra atalarının ölümünə səbəb olan, onun ikinci həyat yoldaşı Serbiya Cəfərovadan şikayətçi olacaqlar.
Qeyd edək ki, hadisə Bərdə rayonunun Gərənə kəndində baş verib. Kənd sakini Hidayət Cəfərovun həyat yoldaşı ərinin öldüyünü bildirib və dəfn üçün evə molla çağırıb. Molla H.Cəfərovun ölmədiyini gördükdən sonra onun övladlarına xəbər verib. Məhz bundan sonra Hidayət Cəfərovun arvadı tərəfindən işgəncəyə məruz qaldığı məlum olub. Övladları isə bu barədə polisə məlumat verib.

Trend


Tarix: 6-07-2022, 17:51 Oxunub: 316


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31