ATİA.AZ-ın redaksiyasına Qazax rayonu, Çaylı kənd sakini Cəfərov Ətraf Yunis oğlu tərəfindən müraciət daxil olmuşdur. Müraciətdə qeyd olunur ki, vətəndaş Cəfərov Ətrafın oğlu Mayak Cəfərov gəlini Çiçək İsgəndərova Fərzalı qızından boşanma ərəfəsindədirlər. İş məhkəmədədir. Uşaqlar hal-hazırda anasındadırlar - İsgəndərov Fərzalının evində. Ətraf Cəfərovun iddia etdiyinə görə, uşaqlar məhkəmədə atasını istədiklərini dediyi üçün ana babaları İsgəndərov Fərzalı tərəfindən işgəncəyə məruz qalıblar.
Dəmiri qızdırıb uşaqların bətninə dağ basıldığı iddia olunur. Mövzu ilə əlaqədar foto və video-müraciət də ünvanlanıb. Ətraf Cəfərov bu barədə rayon inzibati orqanlarına, icra strukturlarına məlumat verdiyini deyir. Amma heç bir tədbir görülmədiyindən məsələnin saytımız vasitəsilə ictimailəşdirilib aidiyyatı qurumlara və Cənab Prezidentə çatdırılmasını xahiş edir.
Bölməyə aid digər xəbərlər