Yolların acınacaqlı vəziyyəti... QAZAXDA

Qazax rayonunun Daş Salahlı kəndinə gedən yolun  “Monitorun yanı” adlanan girişindən başlayaraq kənd ərazisindən keçən dəmir yoluna qədər asfalt örtüyü bərbad hala düşüb. Həmin yolu bu kənddəki “Akkord” Sement Zavodunun iri tonnajlı yük maşınları belə acınacaqlı vəziyyətə salıb.
Azərbaycanda büdcədən ən çox vəsait yol strukturuna ayrılır, təbii ki, bu çox təqdirəlayiq işdir.
Ulu Öndərimiz demişdi: "YOL MƏDƏNİYYƏTDİR".
 Təəssüf ki, bizim "daşdan pul çıxaran" məmurlarımız yollara ayrılan pullara şəxsi qazanc mənbəyi kimi baxırlar.
Qazax-Qırmızı körpü yolundan rayonun ən böyük kəndi olan Daş Salahlı kəndinə gedən asvalt yolun taleyi də Allaha qalıb.

İnanırıq ki, aidiyyəti  qurumlar hər hansı bir qəza və yaxud ölüm hadisəsi olmadan  bu yola bir əncam çəkəcəklər...

Elnur Quliyev, ATİA.AZ


Tarix: 14-06-2022, 12:18 Oxunub: 436


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930