11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qazaxda rayon mərkəzindən kəndlərə gedən yollarda abadlıq və bərpa işləri "yüksək" keyfiyyətlə aparılır....

Qazaxda rayon mərkəzindən  Daş Salahlı, Çaylı, Ürkməzli, Fərəhli kəndlərinə gedən yolda abadlıq və bərpa işləri davam edir, əgər buna iş demək mümkündürsə....

Kənardan abadlıq və təmir işi  kimi görünsə də, təssüflər olsunki hecdə elə deyil. 
Mən bildiyimə görə təmir işində asvalt kökündən təmizlənir və yeni alsvalt örtüyü cəkilir. 
Və yaxud yeni asvalt üzlüyü cəkilə bilər.
Bəlkə də mən yanılıram?  Dogurdan belə olmalıdır?  Məncə bu işi dərindən bilən şəxslər daha dogrusunu bilər.
İnsanların rahat gediş - gəlişi üçün yeni asvalt örtüyü cəkilir,  aradan çox kecmədən həmin yollara baxırsan, sanki xəritəni xatırladır...


 Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının diqqət və qayğısı sayəsində  vətəndaşların gözəl yaşaması üçün hər cür şərait yaradılır, cox təssüflər olsun ki, cəkilən əziyyət cox kecmədən məhv olub gedir. 
Görülən  işlərə niyə belə könülsüz yanaşırlar başa düşmürəm? Yəqin ki, Büdcədən daha çox pul yemək üçün...

İnanıram ,ki işıqlandırdığımız problemləri Möhtərəm Prezidentimiz şəxsən özü  görüb, görülən işlərə "qazanc mənbəyi" kimi baxan məmurları şəxsən özü cəzalandıracaq, o məmurlar "Dəmur Yumruq" dadmasa düzəlməyəcəklər...
Elnur Quliyev, ATİA.AZ


Tarix: 18-03-2021, 22:13 Oxunub: 656


Bölməyə aid digər xəbərlər