11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qazaxda "Azəravtoyol"un ənənəsinə "SADİQ" olduqlarını nümayiş etdirirlər....

Qazax rayonunda da "Azəravtoyol"un ənənəsinə uyğun olaraq  uzun müddətdir ki, yol çəkilişləri və təmiri  sahəsində işlər bitmir, çünki yollara ayrılan vəsaiti gəlir mənbəyi hesab edən məmurlarımız "gələcəklərini" də düşünürlər. Yolların bir hissəsinin yenicə hazır vəziyyətə gətirilməsinə baxmayaraq keyfiyyətsizlik, məsuliyyətsizlik, yarıtmazlıq ucbatından çökmələr, deformasiyalar yaranıb. Şəhərin həm mərkəzi, həm də digər küçələrində də analoji vəziyyət hökm sürür. Mərkəzi bazarın arxasında cəmi bir neçə ay öncə çəkilən asfalt örtük kəsilərək çıxarılıb, o formada da qalır. Asfaltın kəsilib çıxarılmasına səbəb olan problem aradan qaldırılıb, yeri doldurulmur.
Gürcüstan-Azərbaycan avtomobil yolunun Qazax rayonu ərazisindən keçən hissəsi isə daha bərbad vəziyyətdədir. Tarixi ipək yolu bir neçə yüz metrdən bir qazılıb, yerinə isə çınqıllı torpaq tökülüb. O da zamanla çöküb və nəticədə böyük çalalar meydana gəlib. Yolun əhəmiyyətini, beynəlxalq yükdaşımalardakı rolunu nəzərə alıb həmin yolun qazılan hissəsinə müvəqqəti də olsa, asfalt örtük vurulmur. Şəhərdə bu sahədəki ümumi vəziyyət heç də ürəkaçan deyil.

Qazax rayonu İcra Hakimiyyətinin rəhbərliyi və "Azəravtoyol"un məsul şəxsləri isə bütün bunları görməzdən gəlir. Rayon sakinlərinin sosial şəbəkələrdə bu problemlərlə bağlı paylaşımlar etmələri də onlara təsir etmir. 
 Qazax  bazarının  arxa kücələrində vəziyyət daha acınacaqlıdır, əhalinin sıx gedib gəldiyi yerlərdən bəlkə də ən önəmlisi bazar ətrafıdır. 
İki ay bundan öncə cəkilən yollar cox kecmədən  cökür... 

Bir yerdə deyil, iki yerdə deyil, yeni cəkilən bütün yolların aqibəti bu gündədir.
Bu gün yolu cəkirlər, bir  ay keçməmiş cəkilən yolda böyük cuxurlar əmələ gəlir...( ???)
Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Rayonlara ayırdığı milyonlarla pullar, bəzi məmurlar tərəfindən beləcə məhv edilir. Nədənsə məmurların çoxu ən çox yeyintini məhz yoll çəkilişindən qazanmaq istəyirlər, Görünür bu sahəyə ciddi nəzarət yoxdur.
İnanıram ki, adiyyatı qurumlar görülən bu məsuliyyətsiz işlərlə bağlı bir tədbir görəcəkdir.
İnanırıq ki, bizim bu işdə günahı olan məmurlar da "DƏMİR YUMRUQ" zərbəsindən "faydalanacaqlar"....


Tarix: 21-04-2021, 07:44 Oxunub: 525


Bölməyə aid digər xəbərlər