“Azərişıq” gücləndirilmiş iş rejimində işləyəcək



“Azərişıq” ASC bayramla əlaqədar qeyri-iş günlərində də gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

Bu barədə qurumdan məlumat verilib. 

Bildirilir ki, Səhmdar Cəmiyyətin Mərkəzi Aparatında, Regional Enerji Təchizatı və Satışı idarələrində, şəhər və rayon Elektrik Şəbəkələrində növbətçilik rejimi tətbiq edilərək, qəza xidməti və 199 Çağrı Mərkəzi 24 saat istehlakçıların xidmətindədir. Bayram və qeyri-iş günlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatının təmin olunması məqsədilə bütün təşkilati və texniki tədbirlər görülüb. İstehlakçılardan xahiş edirik ki, yarana biləcək hər hansı problemlə əlaqədar "Azərişıq” ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzinə müraciət etsinlər. 

Manşet.az


Tarix: 18-03-2022, 17:35 Oxunub: 230


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31