06:21 / 03-09-2026
Uşaqların telefon istifadəsi ilə bağlı VACİB XƏBƏRDARLIQ: Hər əlavə saat riski artırır
21:16 / 31-08-2026
Həsrətin bitdiyi yoldan Kəlbəcərə...
20:23 / 31-08-2026
Bir uğurlu layihənin hesabatı...
20:22 / 31-08-2026
Bir uğurlu layihənin hesabatı...
20:08 / 31-08-2026
Ucar rayonu haqqında - ATİA.AZ-ın müxbiri Elfaq Əliyevin dediklərindən...
18:52 / 31-08-2026
Sənətə gedən yol - Namiq Aydınov
14:28 / 31-08-2026
50 yaş - Şərəfli ömrün, ləyaqətli xidmətin yubileyi
09:53 / 27-08-2026
Anar Nəbiyev: Azərbaycan-Özbəkistan: iki qardaş ölkənin əməkdaşlıq gündəliyi genişlənir
15:20 / 25-08-2026
Rəna Bayramova: Laçın Laçınlığına qayıdır
10:46 / 25-08-2026
Zelenski Hikmət Hacıyevi təltif edib
10:16 / 25-08-2026
Anar Nəbiyev: "Azad Laçın yeni inkişaf dövrünə qədəm qoyub"
10:04 / 25-08-2026
İsgəndər Qurbanov: "Davamlı inkişaf üçün yeni üfüqlər açılır"
15:05 / 24-08-2026
Paşa Hadıyev: 'Qardaşlıqdan strateji tərəfdaşlığa"
11:05 / 22-08-2026
Anar Eminov: "Mingəçevir Dövlət Universiteti turizm mütəxəssislərinin hazırlanması istiqamətində fəaliyyətini genişləndirəcək"
21:24 / 20-08-2026
"İncə fikirlər" layihəsinin ilk qonağı Sevinc Şirvanlıdır
14:48 / 20-08-2026
ƏDƏBİ KÖRPÜ: VƏTƏN, TURAN VƏ QARDAŞLIQ TƏRƏNNÜMÜ
10:11 / 14-08-2026
Anar Nəbiyev: "Naxçıvan: sabitlik, inkişaf və tərəqqi məkanı"
09:57 / 13-08-2026
Polad Ağakişiyev: "Naxçıvana 17-ci səfər"
06:40 / 13-08-2026
Şəkidə intellektual bilik yarışı keçirilib
02:37 / 12-08-2026
Anar Eminov: “Universitetin gələcəyi onun yaratdığı dəyər, yetişdirdiyi insan və cəmiyyətə verdiyi töhfə ilə ölçülür”
11:06 / 03-08-2026
Paşa Hadıyev: "Regional əməkdaşlığın yeni mərhələsi"
10:31 / 03-08-2026
Anar Nəbiyev: "Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi məkana çevrilib"
07:01 / 03-08-2026
Rektor Anar Eminov: "Düzgün ixtisas seçimi gənclərin gələcəyinə, ölkənin sabahına verilən strateji qərardır”
06:59 / 03-08-2026
Rektör Anar Eminov: "Doğru bölüm tercihi, gençlerin geleceğine ve ülkenin yarınlarına yapılan stratejik bir yatırımdır."
13:31 / 01-08-2026
Anar Eminov: “Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması Ümummilli lider Heydər Əliyevin öz xalqı, vətəni qarşısında müstəsna xidmətlərindən idi”
10:03 / 31-07-2026
Mingəçevir Dövlət Universiteti ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
08:32 / 30-07-2026
"Onkoloji xəstəlik qorxulu deyil, sağalan xəstəlikdir, bunun üçün həkimlə dostluq etmək lazımdir" - Elçin Mansurov
09:29 / 29-07-2026
Rektör Anar Eminov: “Bilimsel Gelişim, Hedef Odaklı Strateji ve Akademik Mükemmeliyetin Bir Sonucudur”
09:16 / 29-07-2026
Anar Eminov: “Elmi inkişaf məqsədyönlü strategiya və akademik mükəmməlliyin nəticəsidir”
14:45 / 28-07-2026
Anar Nəbiyev: "Azərbaycan dili milli və bəşəri dəyərləri ehtiva edir"
SUDAN MİLYONLAR “ÇIXARANLAR” – Tender oyunlarının milyonçuya çevirdiyi “Azərsu” məmurları
Bölməyə aid digər xəbərlər
Azərbaycanda hər dəfə enerji daşıyıcılarının, yanacağın, kommunal xərclərin - əhalinin sosial durumuna birbaşa təsir edən məhsul və xidmətlərin bahalaşması böyük etirazlara səbəb olur.
Və bu zaman kimiləri Tarif Şurasını, kimiləri hökuməti, kimiləri də qiymət artımının baş verdiyi sahəyə aid konkret təşkilatı günahlandırır ki, bu da təbiidir...
Lakin çox zaman bu artımı şərtləndirən əsas məqam – bahalaşan məhsul və xidmətin maya dəyərinin şişirdilməsi məsələsi diqqətdən kənarda qalır. Dövlətin subsidiyalaşdırdığı, büdcədən böyük məbləğdə vəsait ayırdığı, xaricdən aldığı külli miqdarda borclarını qapatdığı qurumların Tarif Şurasına müraciət edərək, əhaliyə satış və xidmət haqlarını artırmasını tələb etməsi haqlı narazılıq və hiddət yaradır. Buraya benzindən tutmuş işığa, suya, qaza və s. görə tarifləri, hava və dəmir yolu nəqliyyatında sərnişin daşımaları və digər sahələr üzrə qiymətləri aid etmək olar.
Son olaraq, Azərbaycanda suyla bağlı tariflərin birdən-birə 2 dəfə artırılması ciddi narazılığa və müzakirələrə səbəb oldu. Tarif Şurasının bununla bağlı qərarından 1 həftəyə yaxın vaxt keçsə də, “Azərsu” rəhbərinin 5 hektarlıq malikanəsinin üzə çıxması fonunda etirazlar davam edir və sözsüz ki, hələ uzun müddət bu qərarın mənfi təsiri cəmiyyətdə hiss olunacaq. Lakin uzun illərdir bu və ya digər qurumdakı dövlət satınalmaları, tenderlər və s. məsələlərdəki korrupsiya, müxtəlif tikinti və quraşdırma işlərindəki yeyintilər və s. barədə təkzibolunmaz faktlar üzə çıxsa da, buna məhəl qoyulmur və müvafiq tədbirlər görülmür. Baxmayaraq ki, məhz bu yeyinti və talançılıq həmin məhsul və xidmətlərin maya dəyərini dəfələrlə şişirdir. Sözügedən qurumlar da həmin “maya dəyərini” əllərində bayraq edərək, Tarif Şurasına üz tuturlar ki, bu başabəla şura qiymətləri qaldırsın.
Son qiymət artımı ilə bağlı “Azərsu”-nun Tarif Şurasına müraciətində deyilir ki, “son illər su təchizatının əhatə dairəsinin genişləndirilməsi, əhalinin fasiləsiz və keyfiyyətli su təchizatı üçün yeni infrastrukturların istismara verilməsi ilə əlaqədar elektrik enerjisi, mal-material, nəqliyyat və təmir xərcləri artmış, həmçinin, Səhmdar Cəmiyyət üzrə işçilərin sayının və əməkhaqların yüksəlməsi nəticəsində mövcud tariflərlə gəlirlər fəaliyyət üzrə xərcləri qarşılamır.” Qarşılamaz, təbii ki, qarşılamaz. Çünki nəzarətsizlik və cəzasızlıq mühitində xərclər fantastik dərəcədə şişirdilir!
“Azərsu”-dakı məmurların iştahasını, buradakı tender və dövlət satınalmaları “mexanizmini” nəzərə alsaq, suyun qiymətini 2 yox, 5-10 dəfə artırsalar da, xeyri olmayacaq. Təsəvvür edin ki, bu “mexanizm” həmin qurumda heç də ən yüksək post tutmayan, ilk baxışdan elə də böyük səlahiyyətə malik olmayan adi bir məmuru belə milyonçuya, hətta multi-milyonçuya çevirə bilir. Məsələn, məntiqlə “Azərsu”-nun “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti direktorunun müavini” postu – ilk baxışdan heç nə demir. Lakin “Azərsu”dakı mötəbər mənbələr bildirir ki, 2012-ci ildə təsis edilmiş bu vəzifənin sahibi olan Elman Məmmədov adlı məmur - o məmur ki, Azərbaycan cəmiyyətinin onun mövcudluğundan heç xəbəri belə yoxdur - belə qısa zaman ərzində sərhədsiz imkan və səlahiyyətlər sahibinə çevrilib. Hətta onu bu qurumun “qara kassası” hesab edənlər də var. Nəyin hesabına? Əlbəttə ki, qeyri-şəffaflığın, gizli sövdələşmələrin, tender oyunlarının, süni şişirtmələrin hesabına!
Məsələn, bildirilir ki, “Azərsu”-nun keçirdiyi böyük və gəlirli tenderlərin əhəmiyyətli hissəsi son illərdə məhz bu şəxsə yaxın şirkətlərə verilir. Qeyd olunur ki, dövlətin büdcə vəsaitləri hesabına icra olunan layihələrdəki podratçı təşkilatlar – “Eren inşaat”, “Protean Constraction”, “Voltaj”, “Kirs”, “İnşaatçı Neftçi” və digər bu kimi şirkətlər məhz Elman Məmmədovun “patronajlığı” və təsiri altında bu layihələri qazanır və fəaliyyət göstərirlər.
Məlumatlardan aydın olur ki, “Eren inşaat” E.Məmmədovun kirvəsinə, “Voltaj” onun qardaşının kirvəsinə, “Protean Constraction” isə sabiq deputat İqbal Ağazadənin E.Məmmədova yaxınlığı ilə tanınan qardaşına aiddir. Bildirilir ki, sadaladığımız şirkətlər və bu layihələri “qazanan” digər şirkətlər də bu və ya digər formada E.Məmmədovun yaxın çevrəsinə aiddirlər.
Sözügedən məlumatlarla bağlı kiçik araşdırma apardıq və gördük ki, dövlət satınalmalarına dair portaldakı açıq məlumata görə, təkcə bu ilin yanvarında “Azərsu” “Protean Constraction”la 3 milyon 891 min manatlıq müqavilə bağlayıb. “Azərsu”-nun 19 milyon manata başa gələn Babək prospektində kanalizasiya və su təchizatı sistemlərinin yenidən qurulması və tikintisi işindən də həm “Eren inşaat”, həm də “Protean Constraction” pay alıblar. Şüvəlan qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasıyla bağlı 2 milyon 270 min manatlıqtender də “Eren İnşaat”a qismət olub. Bu siyahını xeyli uzatmaq da olar. Uzatdıqca da milyonlar on milyonlara, on milyonlar yüz milyonlara çevrilir... və nəticədə, “Azərsu” ziyanla işləməyə başlayır, dövlət isə suyun qiymətini ikiqat bahalaşdırmaq məcburiyyətilə üzləşir.
Məlumatda o da qeyd olunur ki, həmin bu E.Məmmədov müxtəlif ərazilərdə inşa etdirdiyi obyektləri “Azərsu”-ya icarəyə verərək, bundan da külli miqdarda qazanc götürməsilə tanınır.
Yeri gəlmişkən, bu “praktika” dövlət qurumlarının çoxunda mövcuddur – dövlətdən oğurlanan pullarla obyekt tikmək və onu sonradan elə dövlətin özünə icarəyə vermək! Təbii ki, bütün bu gəlir mənbələri də sıradan bir məmur hesab edilən, hətta “Azərsu”-nun rəsmi saytında belə adı çıxmayan məmuru milyonçuya, hətta multi-milyonçuya çevirə bilir. İndi təsəvvür edin ki, daha yüksək postlarda oturanlar hansı imkanlara malikdirlər... “Azərsu” ilə bağlı qeyd etdiyimiz bu adi misal əksər dövlət təşkilatları üçün keçərlidir və sözsüz ki, hər qurumun da öz Elman Məmmədovu, öz “qara kassası” var. O da məlumdur ki, bu şəxslər heç nəyi özbaşına etmirlər və daha yuxarı ranqlı məmurlara bağlıdırlar. Bizimsə məqsədimiz heç də hər hansı ayrıca götürülmüş məmurun, personanın üzərində durmaq yox, dövlətdən maliyyələşən qurumların ümumilikdə vətəndaşlara satdıqları məhsul və xidmətlərin bahalaşmasının gerçək səbəblərini aydınlaşdırmaqdır. Bunu araşdırarkən isə, demək olar hər bir qurumun fəaliyyətində məhsul və xidmətlərin maya dəyərini şişirdən korrupsiya halları ilə rastlaşırsan. Və belə qənaətə gəlirsən ki, həmin bu korrupsiya və talançılıq qaldıqca, su da, qaz da, işıq da, benzin də, aviabiletlər də və s. durmadan bahalaşmaqda davam edəcək.
Bunun qarşısını vaxtında almayıb, günahkarları Səlim Müslümov kimi 3-5 ildən sonra istintaqa cəlb edəndə isə artıq gec olur...
Rasim Əliyev

Tarix: 16-02-2021, 23:39 Oxunub: 969
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
4-01-2021, 23:11
Ölkəmizdə benzin və dizelin qiyməti bahalaşdı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
21-07-2020, 09:48
“Kontakt Home” “Apple” brendinin Azərbaycandakı rəsmi satış mərkəzi oldu
5-01-2021, 20:52
Yanacağın qiymətlərinin dəyişdirilməsinin şərtləndirən səbəblər əsaslıdır - Fikrət Yusifov
13-01-2021, 04:57
Azərbaycanda Icra Başçısının Adından Rüşvət Alıblar — Şok Faktlar
18-09-2020, 16:08
Mərkəzi Bank faiz qərarını açıqladı
28-12-2020, 11:19
“Bakı Hərrac Mərkəzi” MMC "İcbari Sığorta Bürosunda nələr baş verir? – Hərrac oyunları, korrupsiya..." adli məqaləyə cabab verdi...
13-09-2020, 18:35
Karantin rejimi ilə bağlı yeni qərar - BU MƏHDUDİYYƏTLƏR QALIR
27-07-2020, 23:22
Prezident su ehtiyatları ilə bağlı Tədbirlər Planını təsdiqlədi
5-01-2021, 07:47
Maketlərdə kəskin bahalaşma!
4-08-2020, 20:35
Büdcəyə dəyişiklik layihəsi plenar iclasa tövsiyə olundu
24-07-2020, 13:10
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
23-01-2021, 12:10
Sərnişin avtobuslarında gediş haqqı bahalaşdı - VİDEO
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
24-07-2020, 18:02
“Silk Way Group” pandemiya zamanı tibbi yüklərin aviadaşınması üzrə 100-dən çox çarter reysi həyata keçirib
21-12-2020, 08:59
HƏDSİZ YOLUXMA HƏDSİZ QAZANC DEMƏKDİR?! – Koronavirus xəstəsini xəstəxanaya necə yerləşdirmək olur?