MAHUR BALA, DOĞUM GÜNÜN MÜBARƏK!!!

Dünyanın gedişatından xəbəri olmayan, saf qəlbli, şirin bir körpə qızın doğum günüdür. Bu körpə evdə qonaqların nə üçün yığıldığını,  hamının niyə şənləndiyini, daha dəqiq desək özünün ad günü olduğunu belə dərk etmir. Bu təbii haldır, çünki, bu körpə balanın cəmi bir yaşı tamam olur...  Bütün qayğılardan uzaq olan qızcığaz onu da bilmir ki, gələn qonaqların içində onun ən çox sevdiyi atası da iştirak etmir... Atası Həsən hazırda Laçında Vətən torpaqlarını qoruyur.  Qeyrətli Azərbaycan əsgərlərini Tanrı qorusun!!! Balaca Mahur da həyatı dərk edəndə atası ilə qürur duyacaq.
 Körpə Mahura bu doğum günündə uzun ömür, can sağlığı arzu edirik! Arzu edirik ki, atası da hərbi xidmətini  ləyaqətlə başa vursun, növbəti ad günlərini birlikdə qeyd etsinlər!!!
 


Tarix: 25-02-2022, 10:26 Oxunub: 538


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930