Ağstafa sakini Ruslan Rəhimov ATİA.AZ-ın redaksiyasına müraciət ünvanlayıb... Həmin müraciəti diqqətinizə çatdırırıq:
"Qazi Məmmədov Mustafa Saqif oğlu, səni təbrik edirəm. Gec də olsa haqq öz yerini tutdu. Bu gün medallarının bir qismini alıb, öz əməyinin bəhrəsinə sevindin. Bu işin əziyyətini çəkən Mehriban xanıma da öz dərin təşəkkürümü bildirirəm. Mehriban xanım qazilərimizlə daima maraqlanır və onların yanındadır.
Ağstafa rayon Hərbi Komissarlığını işində etdiyi səhlənkarlığa, öz rayonunun fəxri, Qazisi ilə maraqlanmadığına görə qınayır və Ali Baş Komandan Cənab İlham Əliyevin fərmanlarını, əmrlərini heçə sayıb, göz ardına vurmasına etiraz edirəm. Artıq iki ilə yaxındır ki, Qazi Məmmədov Mustafa təltif olunmasına baxmayaraq, dəfələrlə muraciət etsə də Ağstafa rayon Hərbi Komissarlığı bir dəfə də olsun oz qazisi ilə maraqlanmayıb. Mən çox təəssüf hissi keçirirəm ki, belə məsuliyyətsiz məmurlar ucbatından gənclərimizin vətənpərvərlik hissi məhv olub gedir. Gəlin bir az diqqətli olaq. Oturduğunuz o kreslolar heç kəsin şəxsi əmlakı deyil və yaxud da sizin işiniz xidmət yaşı çatmış əsgərləri xdmətə yola salmaqla bitmir. Deyiləsi çox söz var.
Sözümə bir bənd şeirlə son qoyuram:
Tutub əyri yolu sən düz sanırsan,
Haqq tələb edəni, üzsüz sanırsan,
Yoxsa sən bu xalqı gözsüz sanırsan,
Sən xalqın ruhunu məhv eyləyirsən
Necə öz-özünü əhv eyləyirsən.
Ruslan Rəhimov, Ağstafa sakini"
Bölməyə aid digər xəbərlər