11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Qazax sakinləri : II qrup əlil, ictimai fəal Vəliyev Rüstəm Oruc oğlu və ictimai fəal Səfərov Orxan Omar oğlu tərəfindən PREZİDENTƏ MÜRACİƏT...

Qazax  rayon sakinləri : II qrup əlil, ictimai fəal  Vəliyev Rüstəm Oruc oğlu və  ictimai fəal Səfərov Orxan Omar oğlu tərəfindən redaksiyamızın poçtuna daxil olan  ŞİKAYƏT-MÜRACİƏTİ  olduğu kimi dərc edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə;
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya;
Azərbaycan Respublikasının Prezident Administrasiyasının Rəhbəri cənab Samir Nuriyevə;
Azərbaycan Respublikasının Prezidentinin Köməkçisi- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin  müdiri cənab Kərəm Həsənova;
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri cənab Zeynal Nağdəliyevə;
Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə xanım Qafarovaya;
Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova;
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Rəisi cənab Əli Nağıyevə;
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyevə;
Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova;
Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova;
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər   Naziri cənab Muxtar Babayevə;
Ağstafa rayon Prokuroru cənab Anar Cəfərova;
Ağstafa rayon İcra Hakimiyyətinin Başçısı cənab Seymur Orucova;

 Qazax rayonu, Ağköynək kənd sakini, II qrup əlil, ictimai fəal  Vəliyev Rüstəm Oruc oğlu,
Qazax rayonu, Canallı kəndində qeydiyyatda olan ictimai fəal Səfərov Orxan Omar oğlu  tərəfindən

            Şikayət  Ərizəsi

HÖRMƏTLİ PREZİDENTİMİZ,
HÖRMƏTLİ BİRİNCİ VİTSE PREZİDENTİMİZ 
 VƏ DİGƏR SƏLAHİYYƏT SAHİBLƏRİ!!!

Bizim şikayətimiz Ağstafa rayonunda baş verən özbaşınalıq, məmur özbaşınalığı, torpaq və tikinti qanunvericiliyinin pozulması, havadarlara arxalanaraq ağaclara ”həbs cəzası” verməkdən və s.-dəndir.
Belə ki, Ağstafa şəhərinin tam mərkəzində, Ağstafa rayon Polis Şöbəsi ilə üzbəüz, Poçtamtın yanında, Aşıq Alı Mədəniyyət Mərkəzinin qarşısında  ağaclar hasarlanaraq, ağacların diblərinə və kökünə, eləcə də gövdəsinə ziyan vurmaqla, beton tökülməklə, tikinti qanunvericiliyi pozulmaqla, heç bir rəsmi icazə, sərəncam, razılıq olmadan qanunsuz tikinti işləri bu gün də aparılır.
Həmin tikinti aparan şəxsin Ağstafa rayonunda mühüm vəzifəli şəxs olduğu iddia olunur.  
Həmin tikintini hər gün hər kəs görür. Bunu görməmək üçün sadəcə "görmək istəməmək" lazımdır. Ağstafa rayonunda bu qanunsuzluğu edən şəxslər cəzalanmayınca, Xalq Qanunları heçə saydıqlarını görüb, Qanuna hörmətə qarşı etinasızlıq yaranacaq və gələcəkdə Dövlətçiliyimiz üçün çox ciddi real hədələr və təhdidlər formalaşacaqdır.
Bu tikinti Dövlət əhəmiyyətli layihə deyildir, hansısa məmurun, dövlət qulluqçusunun  varlanmaq üçün tikdirdiyi biznes obyektidir. Bunu edərkən görünür aidiyyatı şəxslərin də  “razılığını” almışlar ki, bu özbaşınalıq  bu gün də davam etdirilir.
Həmin tikintinin artıq, gecə-gündüz, tələm-tələsik  suvaq işlərini gördürüb, yekunlaşdırmaq istəyirlər ki, qanunsuzluqları ört-basdır edilsin və həmin şəxslər öz qanunsuz əməlləri ilə üstün olan Qanuna, Hüquqa qalib gəlsinlər.
Dövlət Başçımızın, Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin  tövsiyyə xarakterli tapşırıqlarına əsasən biz ictimai fəal olaraq ,bu qanunsuzluqları yazılı formada bildirmək, bizim Vətəndaşlıq  borcumuzdur.
Ağstafa rayonunda baş vermiş korrupsiya əməllərinə görə həbs edilmiş yüksək vəzifəli məmurların həbsi, rayonda mahiyyət etibarilə heç nəyi dəyişməmişdir. Bu həbslərdən və Dövlət İradəsindən nəticə çıxarmayan məmur(məmurlar) əvvəla Şəhərin estetik görünüşünə xələl gətirən tikinti işləri aparır və ictimaiyyətin istifadəsində olan   ərazini zəbt edərək, işğal edərək, özü üçün biznes obyekti tikdirir.
Sizdən xahiş edirik ki, Ağstafa şəhərində baş verən bu qanunsuzluqlarının qarşısının alınmasında, qanunsuz tikililinin sökülməsində, “həbs edilmiş” ağacların tikintidən azad edilməsində, ağacların məhv edilməsinin və kəsilməsinin qarşısının alınmasında, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsində yardımçı olasınız və Dövlətin qanunçuluğuna hörmətsizlik edənləri və göz yumanları sərt şəkildə cəzalandırasınız.

Dərin hörmət və  ehtiramla:                                           

1.    Vəliyev Rüstəm Oruc oğlu

2.    Səfərov Orxan Omar oğlu

Tarix: 28.10.2021-ci il

Əlaqə: 055-254-93-52

          055-948-64-54


Tarix: 28-10-2021, 16:07 Oxunub: 943


Bölməyə aid digər xəbərlər