11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Qazax şəhər Kommunal Müəssisələri Kombinatının rəis əvəzi Sarıxan Nəbiyevin korrupsioner əməllərindən şikayət...

Qazax rayonu, Ağköynək kənd sakini Musayev Bəxtiyar Aydın oğlu redaksiyamıza müraciət edərək Qazax şəhər  Kommunal Müəssisələri Kombinatının  rəis əvəzi  Sarıxan Nəbiyevin korrupsioner əməlləri barədə məlumat verib və bunun ictimailəşdirilərək bütün aidiyyatı qurumlara çatdırılmasını xahiş edib. Vətəndaşın ünvanladığı şikayət ərizəsini nəzərinizə çatdırırıq: 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə;
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya;
Azərbaycan Respublikasının Prezident Administrasiyasının Rəhbəri cənab Samir Nuriyevə;
Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova;
Azərbaycan Respublikasının Prezidentinin Köməkçisi- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova;
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə;
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Rəisi cənab Əli Nağıyevə;
Azərbaycan Respublikasının Baş Prokurorunun ,Birinci Müavini cənab Elçin Məmmədova;
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə;
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi cənab Fuad Heydərova;
Azərbaycan Respublikasının Baş Prokurorunun Birinci müavini cənab Elçin Məmmədova;
Azərbaycan Respublikasının Baş Prokurorluğunun
 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova;
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə xanım Əliyevaya;
Azərbaycan Respublikasının bütün İcra Hakimiyyətlərinə;


Qazax rayonu, Ağköynək kənd sakini Musayev Bəxtiyar Aydın oğlu tərəfindən 

                           Şikayət    Ərizəsi

  Bildirirəm ki, mən Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə yaradılmış DOST İş Mərkəzində 5 ilə yaxın müddətdir ki, Qazax rayonu, Ağköynək kəndində olan ərazidə fəhlə vəzifəsində işləyirdim.
Qazax şəhər  Kommunal Müəssisələri Kombinatının  rəis əvəzi  Sarıxan Nəbiyev  dəfələrlə Turanbank vasitəsilə mənə Müəssisənin hesabına iki dəfə 50 manat pul ödətdirdi və 1 ədəd göy rəngli çəpiş aldırmışdır( bu barədə şahidlərim də var)  və mənə məxsus Muraveyi Kombinatda işlətməyə məcbur etdi və Muraveyin mühərriki dağıldı və mənə 700-800 manat dəyərində ziyan dəydi. Sarıxan Nəbiyev Kombinatın istifadəsində olmalı olan texnika olmadığı halda, mənim özümə məxsus Muraveyi Kombinatda zibil və tullantı daşımaq üçün istifadə etməyimi məcbur etdi və Muraveyin yanacağənı da öz əmək haqqımdan verirdim. Etmədiyim halda, işdən çıxarmaqla hədələyirdi. Mən isə ailəmi saxlamaq üçün məcbur idim. Aldığım əmək haqqımın yarısını  yanacağa, Sarıxan müəllimə rüşvətə xərcləmək zorunda idim. 
Sarıxan Namaz oğlu Nəbiyev məni işdən çıxarmaqla hədələməklə rüşvət almış və verməyəndə də işdən çıxarmışdır.  O bunları təkcə mənə qarşı etməmişdir. Demək olar ki, işçilərin əksəriyyəti mən dərddədir. Sarıxan Nəbiyevə aylıq xərac, rüşvət verməyən şəxs işdən çıxarılır. 
Sarıxan Nəbiyevə rüşvət verməyən şəxsləri- Qocayeva Sultan Müşfiq qızını, Mehriban adlı şəxsi,  Qurbanov Cəlal Hacı oğlunun yoldaşını təkrar rüşvət vermədiyi üçün  və digər şəxsləri işdən çıxarmışdır.   
Məndən yenidən pul tələb edəndə, verə bilmədiyimi, himayəmdə 2 azyaşlı övladımın və xəstə yoldaşımın olmağını bildirsəm də, məndən aylıq 50(əlli) manatı ödəməyəcəyim halda, işdən çıxarılma bağlı ərizəmi almaq istəyəndə, mən işdən çıxarılma barədə könüllü ərizə yazmaqdan imtina etdim. Mən Qazax rayonu, Ağköynək kənd sakiniyəm və bizə Qazax şəhər Mənzil Kommunal Müəssisələri Sahəsi xidmət göstərmir. Belə olan halda, S.Nəbiyevin mənə ödətdirdiyi pulu şəxsi özü üçün alır və mənimsəyir. 
Mən pulu verməyib və ərizə yazmayanda, məni aktla işdən çıxaracağı ilə hədələdi və öyrəndiyimə görə həmin aktı Sizə göndərmişdir. 
Sarıxan Nəbiyev məni işdən də ayırmışdır və işə buraxmr. Ancaq, hələ də əmri mənə verməmişdir. Hərçəndki, bu barədə şifahi və yazılı müraciətlər də etmişəm. 
Sarıxan Nəbiyevin mənim  başıma açdığı oyunlar hələ görünməmiş əməllərdir. 
Hətta, Sarıxan Nəbiyev mənim mobil nömrəmə 051—207-14-37 nömrəli telefondan Humay xanıma( DOST İş Mərkəzi)  zəng etdirir ki, mən işdən çıxarılmağımla bağlı özüm könüllü ərizə yazım. Əsas da onu gətirir ki, “müdirin Səndən xoşu gəlmir”.Mən isə dəfələrlə Humay xanıma bildirdim ki, məni korrupsiya faktına görə işdən çıxarıbdır Sərxan müəllim. 
Sizdən xahiş edirəm ki, qeyd etdiyim cinayət xarakterli xüsusatlar və əmək qanunvericiliyinin pozulması halları ciddi şəkildə araşdırmaqla, Qazax şəhər  Kommunal Müəssisələri Kombinatının  rəis əvəzi  Sarıxan Nəbiyevin barəsində  araşdırma aparılmaqla, onun fəaliyyəti yoxlanılmaqla, barəsində rüşvət alma, təkrar rüşvət alma, hədə qorxu ilə rüşvət tələb etmə və alma və digər müvafiq maddələri ilə barəsində cinayət işinin başlanılması barədə və əmək qanunvericiliyini kobudcasına pozduğuna görə barəsində qanunamüvafiq tədbirlər görəsiniz.
Qoşma: rüşvət faktını təsdiq edən bank qəbzləri, şəxsiyyət vəsiqəm. 

Dərin Hörmət və
Ehtiramla:                                                   Musayev Bəxtiyar Aydın oğlu.


Tarix: 4-12-2021, 16:24 Oxunub: 1 963


Bölməyə aid digər xəbərlər