6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günüdür

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq 6 dekabr tarixi rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
 
Ölkəmizdə rabitənin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər bu sahəyə xüsusi diqqət və qayğı göstərir, rabitə və informasiya-kommunikasiya texnologiyaları kompleksinin müasir tələblər səviyyəsinə çatdırılması üçün genişmiqyaslı islahatlar həyata keçirirdi. Ölkə iqtisadiyyatında ilk xarici investisiyaların məhz telekommunikasiya sahəsinə qoyulması da Heydər Əliyevin uğurlu strategiyasının nəticəsi idi.
 
Ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək texnoloji tutumlu və rəqabətli iqtisadiyyatın qurulmasına yönələn siyasəti Azərbaycanı İKT-nin rolunun genişləndiyi, modern telekommunikasiya infrastrukturunun qurulduğu bir ölkəyə çevirib.
 
Dünyada ən dinamik inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sahəsi respublikamızda prioritet sahə olmaqla, daim dövlət qayğısı ilə əhatə edilib. Hazırda ölkədə rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı ilə bağlı kompleks işlər aparılır.
 
Bu gün hər bir rabitəçi ölkəmizdə yüksək texnologiyalar sahəsinin inkişafı üçün çalışır. Ölkə başçısının rəhbərliyi ilə sahə üzrə bu amal uğrunda fəaliyyət göstərən hər kəsə uğurlar arzu edirik. Rabitə və yüksək texnologiyalar sahəsi işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edirik!


Tarix: 6-12-2021, 14:26 Oxunub: 344


Bölməyə aid digər xəbərlər