"TORPAQ UĞRUNDA ÖLƏN VARSA, VƏTƏNDİR"
44 gün davam edən İkinci Vətən Müharibəsində qazanılan Şanlı Qələbənin sevincini bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa diləyirik, bütün əsgərlərimizə can sağlığı arzulayırıq. Vətən uğrunda sağlamlığını itirən qazilərimizdən biri də Məmmədov Cavid Xanlar oğludur.
Məmmədov Cavid 26.07.1991-ci ildə Qazax rayonunun Alpoud kəndində anadan olub. 1998-2007-ci illərdə Alpoud kənd orta məktəbində təhsil alıb. 2009-2011-ci illərdə FH Mülki Müdafiə qoşunlarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra "Akkord" şirkətlər qrupunun mühafizə xidmətində işləyib. 2016-ci ildən 707 saylı hərbi hissədə MAXE kimi fəaliyyət göstərib.
Müharibə başlayan gündən Füzuli, Xocavənd bölgələrində Vətənin müdafiəsi uğrunda gedən gərgin döyüşlərdə iştirak edib. Çavuş Məmmədov Cavid müharibənin son günü - noyabrın 9-da yaralı əsgəri döyüş bölgəsindən çıxararkən sağ ayağının bud nahiyyəsindən yara alıb. Füzuli, Saatlı və Şəmkir qospitallarında müalicə aldıqdan sonra qəhrəman qazi kimi doğma yurduna dönüb.
Ailəlidir, 2 oğlu var.
Sağaldıqdan sonra ilk olaraq Bakı şəhəri İkinci Fəxri Xiyabanda şəhidlərimiz : milli qəhrəman Polad Həşimovun, leytenant Süleymanlı Kənanın və əsgər Yusifzadə Raminin məzarlarını ziyarət edib.
QAZİMİZƏ ALLAHDAN ŞƏFA DİLƏYİRİK!
Bölməyə aid digər xəbərlər