Qazaxda Milli Mətbuat Günü qeyd olunub

     Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatında 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

     Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

     Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev bildirib ki, bu gün Azərbaycan milli mətbuatının yaranmasının 151 ili tamam olur. O qeyd edib ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı çətin, lakin şərəfli inkişaf yolu keçərək ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. 

     Anar Nəbiyev Azərbaycan milli mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, söz və mətbuat azadlığının təmin olunması istiqamətində həyata keçirilən islahatlardan, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və son illər media sahəsində görülən işlərdən bəhs edib. 

     Tədbirdə partiya veteranları İsgəndər Qurbanov, Polad Ağakişiyev, Ramil Qurbanov, həmçinin partiya fəalları Esmira Şıxməmmədova, Günel Sanıyeva və Aygün Musayeva çıxış edərək Azərbaycan mediasının cəmiyyətin operativ, obyektiv və dolğun informasiya ilə təmin edilməsində, milli maraqların, dövlətçiliyin və ictimai həmrəyliyin möhkəmləndirilməsində mühüm rolundan danışıblar. 

     Çıxışlarda milli mətbuatın zəngin ənənələrə söykənərək müasir dövrdə də ölkənin inkişafına və cəmiyyətin düzgün məlumatlandırılmasına mühüm töhfələr verdiyi vurğulanıb. 



Tarix: Bu gün, 18:31 Oxunub: 11


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031