XIX-XX-əsrdə yaşamış İslam tarixinin ən parlaq simalarından biri seyid Mirmövsüm ağa Allahın ən sevimli bəndələrindən biri kimi yaddaşlarımızda qalıbdır. Şəxsən mən özüm o seyid haqqında bir neçə kitab, xüsusi buraxılış yazaraq, hazırlayıb onun müqəddəs ocağında və evində təmənnasız olaraq paylamağı tapşırmışam. Ancaq bu müddət ərzində heç kim deyə bilmədi ki, Seyidin baş daşı nədən qibləyə deyil, qeyri qibləyə dəfn olunub. Bu suala cavab məni çox düşündürürdü.
Uca Rəbbimizdən elm və hikmət aldığım ərəfələrdə məlum oldu ki, bunun cavabı müqəddəs Qurani-Kərimdə şifrələnmiş gizli kodlarla aşkar olubdur. Bu haqda yazıb hazırladığım kitabda geniş məlumat vermişəm.
Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanın tarixi ilə bağlı bu ölkənin tanınmış simalarından bir neçəsinin tarixi rəqəmləri Qurani-Kərimdə şifrələnmiş gizli kodlarla aşkar olubdur. Bunların arasında dünyasını dəyişənlər də var, hal hazırda yaşayanlar da. Bəlkə də o şəxslərin özlərinin xəbəri yoxdur ki, onların tarixi rəqəmləri şifrələnmiş gizli kodlarla Qurani-Kərimdə aşkar olubdur. İnşallah vaxtı çatanda hamı bu haqda biləcəkdir!
ASLAN SƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
















