Bu gün AŞURA günüdür

İyulun 5-i Aşura günüdür.  Aşura hicri təqviminin ilk ayı olan məhərrəm ayının 10-cu günü qeyd edilir.

Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Bu il də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, "Respublika Qan Bankı", Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının iştirakı ilə Aşura günündə keçiriləcək aksiyaya könüllü şəxslər və ictimaiyyət nümayəndələri qatılacaqlar.

Qanvermə aksiyası Aşura mərasiminin dərin mənəvi və humanist ruhunu əks etdirərək, insanlar arasında həmrəyliyin aşılanması, yardımlaşmanın önəmini təşviq etmək məqsədi daşıyır. Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, bu il aksiyalar Şuşa, Ağdam şəhərləri, Naxçıvan Muxtar Respublikası daxil olmaqla ölkəmizin müxtəlif şəhər və rayonlarında təşkil ediləcək.


Tarix: 5-07-2025, 08:02 Oxunub: 364


Bölməyə aid digər xəbərlər
30-07-2022, 08:24 Məhərrəm ayı başladı
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
8-08-2022, 08:49 Bu gün Aşuradır


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930