12:33 / 06-06-2025
"Unikal" 15 yaşını qeyd edir
Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” silsiləsinə Milli Qurtuluş Gününün 32-ci ildönümünə həsr etdiyi “Azərbaycan xalqının qurtuluş salnaməsi” məqaləsini oxuculara təqdim etdi.
Müəllif qeyd edir ki, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Bu əsərin təməl daşının qoyulduğu gün – 15 iyun tariximizin ən parlaq səhifələrindən biridir. Məqalədə partiya rəsmisi tarixə qısa ekskurs edərək oxuculara bir daha çatdırır ki, 1918-ci ildə əldə olunmuş müstəqillik (AXC), 1991-ci ildə bərpa edilməsinə baxmayaraq Milli Qurtuluşumuz yalnız 1993-cü ildə gerçəkləşmişdir.
Məqalədə 1991-1993-cü illərdə ölkəmizin düşdüyü ağır vəziyyətdən danışaraq qeyd edir ki, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğalı, getdikcə gərginləşən iqtisadi-siyasi, sosial vəziyyət ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi.
Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin qürur səhifəsini təşkil edir. Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin adı tarixə müstəqilliyimizin xilaskarı, qarantı kimi yazıldı.
Daha sonra müəllif vurğulayır ki, Milli Qurtuluşun ən böyük töhfəsi isə Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı Prezident cənab İlham Əliyevdir.

Y.Məmmədli


Tarix: Сегодня, 10:33 Oxunub: 27


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı