Kiberdələduzluğun fərqli növü yayılıb

     Əvvəlcə vətəndaşlara adi nömrə ilə zəng edirlər sonra video görüntünün açılmasının vacib olduğunu bildirirlər, ardınca da şəxsin üz görüntüsünü əldə edərək, dələduzluq edirlər.

      İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, bu üsulla süni intellektdən istifadə edərək şəxsin adından videolar düzəltmək mümkündür və dələduzlar da bunu icra edirlər.

    Elvin Abbasov deyir ki, görüntü vasitəsilə şəxslərin adına banklardan kredit götürmək və ya bank kartlarından dələduzluq etmək isə mümkün deyil.

     Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, vətəndaşlara naməlum nömrələrdən gələn zənglərə və mesajlara qarşı diqqətli olmağı, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, tanımadıqları və ya etibar etmədikləri şəxslərlə görüntülü kommunikasiyadan çəkinmək tövsiyə edilir.

    Ətraflı süjetdə:


Tarix: 26-02-2025, 09:01 Oxunub: 418


Bölməyə aid digər xəbərlər
28-09-2024, 13:23 Prezident Fərman imzaladı


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031