11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Azərbaycanda maşından baha nömrələr...

    Nəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunan rəqəmlərin və ya hərflərin kombinasiyası hər zaman insanların diqqət mərkəzində olub.
    Belə ki, ölkəmizdə də yeni avtomobil alan şəxs arzuladığı nəqliyyat vasitəsinə sahib olduqdan sonra bir də bunun üzərinə zövqünü oxşayacaq avtomobil qeydiyyat nişanını seçməyə çalışır. Belə olan halda, nəqliyyat vasitəsinin sahibi arzuladığı qeydiyyat nişanına sahib olmaq üçün büdcəsindən istənilən məbləğdə maddi vəsait belə xərcləməyə xəsislik etmir. Bu zaman avtomobil qeydiyyat nişanına ayrılan vəsait, hətta yeni avtomobil qiymətinə belə başa gəlir.
    Qeydiyyat nömrə nişanlarının satıldığı saytlar var ki, burada qiymətlər dodaq uçuqladır. 
      Maşın qiymətinə olan bu nömrələrin satışı bəs qanunidirmi?
Bu satışların qanuna zidd olduğunu hüquqşünas Ramil Süleymanov  bildirib.
   "Azərbaycan Respubliksaının yol hərəkəti haqqında qanununa görə Azərbaycan Respublikası ərazisində hərəkət edən avtonəqliyyat vasitələrinin mütləq qaydada üzərlərinə dövlət nömrə nişanları vurulmalıdər. Və dövlət nömrə nişanların əldə olunması ilə bağlı müvafiq qaydada müəyyən rüsumlar ödənilməklə üzərlərinə dövlət nömrə nişanları vurulmalıdır. Və dövlət nömrə nişanları əldə olunması ilə bağlı müvafiq qaydada həmin nömrələrə görə rüsumlar ödənilməklə dövlət yol polisindən əldə etmək mümkündür. Dövlət nömrə nişanlarının əldə olunmaqla dövlət rüsumunun ödənilməsilə bağlı məsələlər isə Azərbaycan Respublikasının dövlət  rüsumu haqqında qanununa görə tənzimlənir. O cümlədən, hər bir nömrənin ortadakı hərfləri yəni seriyaları da xüsusi əhəmiyyət kəsb edir. Və buna görə də rüsumların məbləği dəyişir".
    Hüquqşünas onu da əlavə etdi ki, bu kimi nömrələrin müxtəlif elan saytlarında satılması birbaşa qanunsuz varlanmadır.
"Ümumiyyətlə bir sıra saytlarda və o cümlədən, sosial şəbəkələrdə hər hansı bir bahalı nömrələrin, yəni, diqqət çəkən xüsusi  nömrələrin satışı və ya satılması ilə bağlı elanların rast gəlinməsi əlbəttə bununla bağlı tədbiri müvafiq dövlət orqanı həyata keçirməlidir. Və ümumiyyətlə dövlət buna nəzarət etməlidir. Adətən belə əməliyyatlar necə həyata keçirilir. Tutaq ki, məsələn hər hansı bir 10 seriyası və ya 50 seriyası ilə başlayan orta hərfləri qoşa olan və sonu tutaq ki, 555 olan bir nömrə satılır. Bu nömrənin normalda dövlət qiyməti, dövlət rüsumu məslən 2500-3000 manat aralığındadırsa, və ya 1500-2000 manat aralığındadırsa, o nömrə əgər məndədirsə, mən hər hansı bir formada onu satıramsa, burada yenidən qeydiyyatın aparılması prosedurundan istifadə olunur. Mən həmin nömrəyə 10 000 manat qiymət qoyuramsa, alan adam  ona görə həm dövlətin rüsumunu ödəyir tutaq ki, 2000 manat ona görə ödəyir və yerdə qalır 8000 manat. Həmin 8000 manatı mənə verir. Və yaxud da ki, yenidən qeydiyyat zamanı vətəndaş özü xərcini ödəyir. Və ayrıca həmin nömrənin həmin vətəndaşa satılmasını təmin edən şəxsin də ayrıca pulu ödənilir. Bu əlbəttə qanunsuzdur". 
   Vəkil bildirib ki, belə problemlərə Daxili İşlər Nazirliyi birbaşa nəzarət etməlidir. 
"Nəticə etibarı ilə bu əməliyyatlara nəzarət bu şəkildə oluna bilər ki, məsələn sosial şəbəkələrə o cümlədən digər internet saytlarına Daxili İşlər Nazirliyinin əməkdaşları nəzarət edə bilərlər. Bu zaman DİN-in də nəzarət etməyə kadr və  əməliyyatçı sayı kifayət qədərdir. Lakin normal sadə bir əməliyyat keçirtməklə bu nömrələri satmağa çalışan insanları ələ keçirmək olar və ya həmin nömrələrin müsadirəsini həyata keçirmək də mümkündür".
    Mövzu ilə bağlı nəqliyyat eksperti Rövşən Həsənovun da fikirləri  maraqlıdır. O, qeyd edir ki, belə proseslər qara bazarda tənzimlənir. 
"Qanunda ümumiyyətlə mən maşın alıram nömrəsini saxlayıram və ya bron edirəm deyilən bir anlayış yoxdur. Hətta  qanunvericilikdə belə bir şey yoxdur. Alqı-satqı zamanı ümumiyyətlə nəqliyyat vasitəsinin sahibi istəyirsə, digəri isə etiraz etmirsə, o nömrə qalır. Amma bu qarşılıqlı anlayış çərçivəsində tənzimlənir. Mən bu nömrəni bron edirəm deyə bir anlayış yoxdur. Bunlar hamısı qeyri qanunidir. Heç biri qanuna uyğun deyil. Qanuna ziddir".
      Bəs vətəndaş həmin satış saytlarından nömrə nişanı alarsa, hər hansı problem yarana bilər?
 "Vətəndaş həmin nömrəni o saytdan alarsa, heç bir problem yaranmır onlar razılaşırlar və gedirlər Baş Dövlət Yol Polis İdarəsinə qeydiyyat imtahan şöbəsinə və orada o nömrə maşının üzərinə bağlanır və rəsmiləşdirilir. Dövlət tərəfindən ümumiyyətlə müəyyən rüsumlar var hansısa bir nömrələrə siz nəqliyyat vasitəsinə sahib olmusunuz amma o zaman dövlət rüsumu ilə deyirsiz ki, filan nömrəni istəyirsiz filan qiymətə,  bu formada tənzimlənə bilər. Amma mən alım, bron edirəm saxlayıram nömrəni deyilən bir anlayış yoxdur". 
Qeyd edək ki, Azərbaycanda avtomobillərin qeydiyyat nişanlarının (sadə desək nömrələrin) verilməsi üçün rüsumlar «Dövlət rüsumu haqqında» qanunda göstərilib. Bu qanuna görə, adi nömrələr - yəni, seriyası və rəqəmləri fərqli olanların qiyməti cəmi 22 manatdır. Rəqəmləri və seriyaları müəyyən kombinasiya ilə olan nömrələr isə nisbətən bahadır. Onların qiyməti 500-2500 manat arasında dəyişir.


Tarix: 10-03-2023, 08:53 Oxunub: 439


Bölməyə aid digər xəbərlər