DYP: Dünən 5 yol qəzası baş verib, 5 nəfər xəsarət alıb

Ötən gün ölkə ərazisində xəsarətlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirilib.

Məlumata əsasən, nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölüm və ağır xəsarət halları baş verməyib.

"BDYPİ yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq tədbirlər görməyə davam edəcək. Sürücülərə və piyadalara bir daha diqqətli olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edirik", məlumatda deyilir.







Tarix: 24-02-2025, 11:50 Oxunub: 1 204


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31