12:07 / 19-02-2025
Sabah Bakıda qar yağacaq
10:51 / 17-02-2025
Polkovnik-leytenant vəfat etdi
Kanalizasiya sularının Ceyranbatan su anbarına axması iddiasına - Rəsmi cavab

      Sosial şəbəkələrdə Güzdək ərazisində kanalizasiya sularının Ceyranbatan su anbarına axıdıldığının iddia edildiyi görüntülər yayılıb.

        Belə ki, görüntüləri çəkən şəxs gur axan suyun kanalizasiya suyu olduğunu  bildirib.

        O, əlavə edib ki, həmin sular təxminən 200 metr aralıda olan Ceyranbatan içməli su anbarına axır. 

      İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən  bildirilib ki, həmin suların Ceyranbatan gölünə tökülməsi iddiası yanlışdır: “Güzdəkdə tullantı su şəbəkəsi olmayan ərazidə məskunlaşmış sakinlərin istifadə etdiyi sular və qrunt suları ətrafa axır. Tullantı sulları açıq kanalla hərəkət edir və süni göl yaranır. Hazırda əhalinin həmin ərazidə sıx məskunlaşması tullantı sularının həcmini artırıb və göl daşıb”.

“Həmin suların Ceyranbatan gölünə tökülməsi iddiası kökündən yanlışdır və absurddur. Hazırda kanal bağlanıb, axıntının qarşısı alınır”, - rəsmi məlumatda vurğulanıb.

Sözügedən görüntüləri təqdim edirik:


Qafqazinfo


Tarix: 17-02-2025, 11:06 Oxunub: 164


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?