Ramana qəsəbəsinin sakinləri bir aydır suyun içində qalıblar - VİDEO

       Ramanı qəsəbəsinin sakinləri 1 aydır suyun içindədirlər. Küçədə uzunboğaz çəkməsiz hərəkət etmək mümkün deyil.

 

Söhbət Sabunçu rayonu, Ramanı qəsəbəsi, 2-ci sahə, İstiqlal küçəsindən gedir.

 

     Sakinlər bildirirlər ki, 1 aydır vəziyyət belə davam edir. Hər dəfə qonşular pul yığıb yola qum tökdürürlər ki, suyun səviyyəsi aşağı düşsün.

 

      Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, mövcud vəziyyətin yaranmasına səbəb ərazidə kanalizasiya sisteminin olmamasıdır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirildi ki, həmin ərazidə mərkəzləşdirilmiş su və kanalizasiya şəbəkəsi yoxdur.

 

      Qrunt suları ətrafdakı kanala axır. Həmin kanal neft tullantılarının axıdılması üçün nəzərdə tutulub. Kanal dolduğuna görə qrunt suları ətrafa yayılır.

 

   Ətraflı süjetdə:


Tarix: 23-12-2024, 08:53 Oxunub: 293


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31