Dekabrın 14-də 1998-ci il təvəllüdlü hamilə qadın Şəki Perinatal Mərkəzə müraciət edib, ona "38 həftəlik hamiləlik, uşaqlıq üzərində iki çapıq" diaqnozu qoyulub və həmin gün saat 11:50-də cərrahi yolla doğuş prosesi icra olunub, sağlam körpə dünyaya gəlib.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, bir gün sonra - dekabrın 15-i günorta saatlarında zahı qadının halı pisləşib, boğulmadan şikayət edib. Dərhal Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən zahı pasiyentə təxirəsalınmaz reanimasiyon tədbirlər göstərilib. Həkimlərin çoxsaylı xilasetmə cəhdlərinə baxmayaraq, saat 14:15-də şəxsin ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Şəki rayonunun Zunud kənd sakini Nigar Qarayeva fevralın 14-də qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan bir gün sonra N. Qarayeva Perinatal Mərkəzdə həyatını itirib. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.