13:32 / 27-01-2025
Bakıda evdə meyit tapılıb
Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlar etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Elşən Kərimovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

 Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Elşən Kərimovun yeddi il altı ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra vəkil Zibeydə Sadıqova çıxış edərək müdafiə etdiyi şəxsə yüngül cəza verilməsini xahiş edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Elşən Kərimov altı il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Elşən Kərimov 2024-cü il aprelin 17-də Yevlax rayonunun Rüstəmli kəndində saxlanılıb. Onun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 281.1 (Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddəsi ilə cinayət işi başlanılıb. Aprelin 19-da Binəqədi Rayon Məhkəməsi onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.


Report


Tarix: 28-01-2025, 10:37 Oxunub: 124


Bölməyə aid digər xəbərlər