Pirotexniki vasitələr satılan mağazalar aşkarlandı

     Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə pirotexniki vasitələrin satışını təşkil edən  P.Əzizli və  M.Məmmədov saxlanılıblar.

     DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  bildirilib ki, həmin şəxslərə məxsus 2 mağazadan müxtəlif növ pirotexniki və tezalışan maddələr aşkarlanaraq götürülüb. 

      Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.


Tarix: 20-12-2024, 10:41 Oxunub: 141


Bölməyə aid digər xəbərlər