11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Milli birliyimiz əsas uğurlardan biridir" - Anar Nəbiyev

     Sentyabrın 23-də Prezident İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışı zamanı əldə olunan uğurlarda milli birliyimizin, həmrəyliyimizin rolunu xüsusi qeyd edir.
      Azərbaycançılıq ideologiyasının inkişafı və təbliği Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə əsas hədəflərdən olub. Dahi Liderin atdığı hər addım bu hədəfə böyük töhfə idi. Ümummilli Lider Heydər Əliyev daim çıxışlarında gənclərə tariximizi, milli-mənəvi dəyərlərimizi, dilimizi, mədəniyyətimizi qorumağa və təbliğ etməyə çağırışlar edirdi. Son 21 ilə yaxın dövrdə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdə gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi xüsusi qeyd edilir. Dövlət başçısı parlamentin ilk iclasında həmin məsələyə xüsusi diqqət göstərdi.
     Cənab İlham Əliyev bu reallığı diqqətə çatdırdı ki, bizə qarşı ideoloji təxribatlar davam edir, lakin bu günə qədər heç bir nəticəsi olmayıb. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür.  Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir. Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil. Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Vaxtilə bir-biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə bizim media məkanında istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər.
     Həmçinin, dövlətimizin başçısı qeyd etdi ki, gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır. Çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır.
    Prezident İlham Əliyev bu çağırışı da etdi ki, tərbiyənin əsas mənbəyi ailə və məktəbdir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır. Kiçik dövlət olan ailədə uşaqların bir vətəndaş kimi dövlətinə, xalqına bağlılıq ruhunda tərbiyə olunması gələcəkdə bu yönümdə göstərdikləri fəaliyyətdə öz sözünü deyir. Gənclərimiz hər zaman tariximizi, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi, dilimizi öyrənməli, onun inkişaf etdirilməsinə öz töhfələrini verməlidirlər. Azərbaycan ailəsi sağlam, ənənələr, milli dəyərlər üzərində qurulmalıdır. Bütövlükdə milli-mənəvi dəyərlər cəmiyyətimizin əsasıdır.
    İkinci Qarabağ müharibəsində əldə olunan parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır, yenilməzdir, məğrurdur. Bu reallıq hər zaman önə çəkilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla addımlayan xalq tarixin bütün sınaqlarından şərəflə çıxır. Azərbaycan xalqı daim xoşbəxt xalqlar sırasında qeyd edilir. Xalqımız tarixinə, torpaqlarına sahib çıxması ilə qürurludur. Birliyimiz, həmrəyliyimiz tarixi ədalətə və beynəlxalq hüquqa söykənən  növbəti addımlarımızda da öz sözünü deyəcək. 20 ili uğurlarla, zəfərlərlə arxada qoyan qalib, bütövləşən Azərbaycanın yeni dövrü qürurverici hadisələrlə zəngindir.

 
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 26-09-2024, 15:30 Oxunub: 95


Bölməyə aid digər xəbərlər