21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Küləkli hava ilə bağlı xəbərdarlıq

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar müraciət edib. Müraciətdə deyilir:
 
"Milli Hidrometeorologiya Xidməti bu gündən başlayaraq iki gün ərzində ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı ilə bağlı xəbərdarlıq edib. Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu, xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, sürücülərdən əlverişsiz hava şərtlərinə biganə yanaşmamağı, sürət həddini aşağı salmağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, nəqliyyat vasitələrini aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı xahiş edir.
 
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli havada hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
 
Küləkli hava şəraitində bütün hərəkət iştirakçıları, o cümlədən piyadalar, habelə ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri də ehtiyatlı olmalı, təhlükəsizlik qaydalarına daha ciddi əməl etməlidirlər".


Tarix: 24-08-2024, 10:58 Oxunub: 116


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı