21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
QHT Liderləri Parlament Seçkilərində - Ramil Göyüşov

107 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən deputatlığa namizəd olaraq Ramil Göyüşov irəli sürülüb.
 Ramil Göyüşov 1977-ci ildə Qazax şəhərində anadan olub və hal-hazırda burada yaşayır. Gəncə Azərbaycan Dövlət Aqrar Universitetində iqtisadiyyatın idarə edilməsi üzrə təhsil alıb.
2002-ci ildən “Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri olaraq fəaliyyət göstərir. Onun rəhbərlik etdiyi təşkilat müxtəlif beynəlxalq və yerli layihələrdə, xüsusən Yaponiya Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihələrdə mühüm rol oynayıb:
2023-cü il- Yapon istehsalı olan 2 ədəd Mitsubişi Jeep markalı təcili tibbi yardım maşınının ucqar kəndlərə verilməsi.
2022-ci il- Alternativ enerji - Günəş Panelləri ilə suvarma layihəsi.
2021-ci il- Qazax rayon Çaylı kəndində müasir tibb məntəqəsinin tikilməsi.
2020-ci il- Samux rayonu İnstitut qəsəbəsində və Alıuşağı kəndində yeni müasir tibb məntəqələrinin tikilməsi.
2019-2020-ci illər- “YES” Sinerji şəbəkəsi layihəsi çərçivəsində regional inkişaf planları.
2019-cu il- Çaylı məktəbinin təmiri.
2018-ci il- Yuxarı Salahlı kəndində müasir tibb məntəqəsinin tikilməsi.
 
Ramil Göyüşov, gələcəkdə sərhəd bölgələrində infrastrukturun inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədini güdür. O, həmçinin Global Fond və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə İİV epidemiyasına qarşı mübarizə layihələrini rəhbərlik edir.

QHT.az


Tarix: 19-08-2024, 13:17 Oxunub: 270


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı