11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi Qazaxın Çaylı kəndində istifdəyə verilən yeni həkim məntəqəsi ilə tanış olub...

   Qazax rayonunun Çaylı kəndində Yaponiya səfirliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax Rayon İcra Hakmiyyətinin birgə razılığı əsasında Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həkim məntəqəsi üçün yeni inzibati bina tikilərək istifadəyə verilib.
Oktyabrın 8-də Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Qazax rayonunun Çaylı kəndində  tikilmiş yeni inzibati binaya baxışla əlaqədar Qazax rayonunda səfərdə olub.
 Məlumat üçün bildirək ki, bu layihənin icrasınadək Çaylı kəndində tibb məntəqəsi mövcud deyildi və əhali 1960-cı ildə inşa edilmiş Yerli İcra Hakimiyyəti Nümayəndəliyinin binasında ayrılmış bir otaqdan tibb məntəqəsi kimi istifadə edirdi. Lakin həmin tibb məntəqəsinə su xətti çəkilməmişdi və sanitar qovşaqla da təmin olunmamışdı. Üstəlik, tibb məntəqəsi yerləşən tikili köhnə olduğuna görə tibbi xidmətin göstərilməsi üçün istifadəyə yararsız vəziyyətdə idi. 
Qazax rayonunun Çaylı kəndinin əhalisinin  7970 nəfər, Bala Çaylı kəndinin əhalisinin isə 1230 nəfər olduğunu nəzərə alsaq bu məntəqənin tikilməsinə ehtiyac olduğu aydın nəzərə çarpırdı.   
      Bu problemin həllinə böyük tələbat olsa da, yeni tibb məntəqəsinin inşası üçün tələb olunan məbləğin müvafiq Mərkəzi Xəstəxana, İcra Hakimiyyəti və yerli bələdiyyə tərəfindən qarşılanması iqtisadi cəhətdən imkansız olduğundan QHT rəhbərliyi bu problemin həlli üçün Yaponiya hökumətinə müraciət etdi və sözügedən kənddə yeni tibb məntəqəsinin inşası üçün qrant yardımı aldı. 
 Qazax rayonunun Çaylı kəndində  tikilmiş yeni inzibati binaya baxışla əlaqədar Qazax rayonunda səfərdə olan fövqəladə Səfir Vada Cüniçi əvvəlcə  Yaponiya səfirliyinin əməkdaşı Natəvan Vəkilova, "Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə qrant layihəsi proqramı üzrə Konsultantlar - Haşimoto Takuma, Zakir Əliyev,  "Qazax rayonunun Çaylı kəndində yeni həkim məntəqəsinin tikilməsi” layihəsinin  rəhbəri Təranə Kərimova, Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Ramil Göyüşovla və Qazax Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə görüşüb.

Sonra rayonla yaxından tanış olan yaponiyalı diplomat yeni həkim məntəqəsində yaradılan şəraitlə tanış olub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Gəncə filialının rəhbəri, tibb üzrə fəlsəfə doktoru Azər Dəmirov, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova və digər qonaqlar yaponiyalı diplomatla birlikdə yeni həkim məntəqəsinə baxış keçiriblər. 

Məlumat üçün qeyd edək ki, Azərbaycan-Yaponiya dostluğunun və əməkdaşlığının bariz nümunəsi olaraq tikilən həkim məntəqəsinin ümumi sahəsi 120 kv.m-dir.    Ümumilikdə 7 otaqdan ibarət olan (1 məntəqə müdiri otağı, 1 peyvənd otağı, 1 pediatriya otağı, 1 ginekoloji otaq, 1 müayinə otağı, 2 sanitar qovşaq)  məntəqədə həkim və tibb işçilərinin əhaliyə yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılıb.  Müasir standartlara cavab verən istilik sistemi ilə təchiz edilib, sanitar qovşağı yaradılıb,  müasir avadanlıqlarla təmin olunub.

 
Aydın Adıgözəlli, ATİA.AZ
     
     


Tarix: 9-10-2021, 13:50 Oxunub: 1 048


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı