Abşeronda qadınlar arasında dava: 1500 manat cərimə kəsildi

    Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Zəminə Hacıyevanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
     Hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
     Məhkəmənin hökmü ilə ona 1500 manat məbləğində cərimə cəzası təyin edilib.İttihama görə, hadisə ötən il Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qeydə alınıb.
    Belə ki, Zəminə Hacıyevanın qohumu Mələk (şərti) zərərçəkmiş Günay Səmədovanın (şərti) atasına məxsus evdə kirayədə yaşayıb. Mələklə Günay arasında mübahisə baş verib. Sonra Zəminə mübahisəni aydınlaşdırmaq üçün həmin evə gəlib. Bu zaman o, əli ilə Günayın sifət nahiyəsinə, ayaqla sağ diz, sağ baldır nahiyələrindən qəsdən vuraraq qadına xəsarət yetirib.
      Hadisədən sonra Zəminə Hacıyeva saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Pravda.az


Tarix: 15-08-2024, 10:13 Oxunub: 288


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930