11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Namizədliyi ləğv edilən Elton Məmmədovun şok əmlakı üzə çıxdı

    Xəbər verdiyimiz kimi 94 saylı Ucar seçki dairəsindən növbədənkənar parlament seçkilərinə namizəd olan Elton Məmmədovun namizədliyi ləğv olunub.  Belə ki, MSK-nın yaydığı rəsmi məlumata görə, Elton Məmmədov tərəfindən təqdim olunan sənədlərdə saxtalaşdırmalar var. Xüsusilə də əmlak haqqında məlumatlar düzgün deyil, saxtalaşdırılaraq təqdim olunub. Eyni zamanda təqdim etdiyi imzalar arasında da etibarsız imzalar olub.
    Əldə olunan məlumata görə,Yasamal rayonu, Moskva prospekti məhəllə 3168-də yerləşən “Main”yaşayış kompleksi Elton Məmmədov və onun ailəsinə məxsusdur.Həmin yaşayış kompleksini Elton Məmmədov və onun ailə üzvləri idarə edir. Bina sakinlərinin saytımıza verdiyi məlumata görə, binada qarajlar istifadəyə verilmədiyi üçün binada yaşayanlar əziyyət çəkirlər. Bu isə həyətdə avtomobillərin sıxlığına səbəb olur. Bundan əlavə binaların zirzəmilərində “moyka”lar işlədilir. Nəticədə binanın uçma təhlükəsi yaranıb. Bu isə bina sakinlərinin ciddi narazılığna səbəb olub.
     Sözügedən binanın üst qatında qeyri-qanuni olaraq Elton Məmmədovun icazəsi ilə hostel tikmək istəyirlərmiş. Televiziya kanallarının reportajından sonra hostelin tikintisi dayandırıldı.

Citypost.az 


Tarix: 26-07-2024, 07:04 Oxunub: 137


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?