11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
İmzalar nədən xəbər verir.... - İmzanız həmişə yüksəklərdə çəkilsin....

İmza insanın cəmiyyətdə fərq kimi formalaşmasında yazılı şəkildə əks etdirən simvoludur. Bizim üçün adi görünən imzalar əslində sahibi ilə bağlı  müəyyən informasiya daşıyıcısıdır. İmzaya baxmaqla insanın xasiyyətini müəyyənləşdirmək və necə insan olduğunu bilmək olar. Dünyada çox az sayda adam tapılar ki, imza ata bilməsin. Tarix boyu yazı mədəniyyəti inkişaf etdikcə imzalar da təkmilləşdi. Barmaq izi kimi imzalar da fərqliliyi ilə seçilir. Bu yazılı işarələr insanın hər hansı bir işlə bağlı qərarının məsuliyyət rəmzidir. Əgər imza böyük hərflə atılarsa sizin lider duyğunuzdan xəbər verir. Sonunda böyük hərf yazan daha çox tərəddüdlü, qərar verə bilməyən insanlardı. İmza hər insanın həyatında xüsusi rol oynayır. Hələ uşaq və yeniyetmə olarkən anlayırıq ki, imza bizim bir növ “üzümüz”dür. Adi bir imza insanın haqqında çox məlumat verə bilər. İmzadan onu icra edən şəxsin hansı əsəb durumunda olduğunu hiss etmək olar. Hər bir insanın imzasına baxıb onun xarakterini müəyyən etmək mümkündür. İmzaların ölçüsü, yazılış tərzi hərflərin bir-birinə yaxın və uzaqlığından aslıdır. İmza çəkərkən onun sahibinin nikbin və ya bədbin olduğunu bilmək asandır. Beləki imza aşağıdan yuxarıya doğru istiqamətdə çəkilibsə bu imza sahibinin nikbin və pozitiv olduğunu göstərən əlamətdi. Yox əgər aşağıya doğru çəkilərsə, o insan qapalı və bədbin insandır.                                                  
 Keçmış zamanlarda imza atılarkən daha sadə üsulla insanlar imza kimi öz adlarını qeyd edirdilər. Bunu bir çox tarixi şəxsiyyətlər imzalarında görmək mümkündür. Bu onu göstərir ki, bu imza sahibi yuksək ambisiya olan, şöhrətə can atan insandır. Hazırda bu tipli imzalar çox istifadə olunmur. Qarışıq kombinasiyalı hərflərdən ibarət imzalardan istifadə edirlər. Çox vaxt insanlar şəxsi imzalarını formalaşdırarkən əsasən ad və soyadlarındakı hərflərlə uyğunlaşdırmağa çalışırlar. Belə imza sahibləri tələbkar və hər seyi bəyənməyən olurlar.                          
Bəzi peşə sahibləri var ki, onlar üçün imza atmaq gündəlik işə çevrilib. Misal üçün müəllimlər, həkimlər, bank işçiləri və bir çox dövlət qurumlarında sənədlə məşğul olan insanlar var ki, gün ərzində dəfələrlə imza atmalı olurlar. Belə olan halda imzalar öz formasını itirir. Bir qism insanlarda iki cür imza olur. Gün ərzində dəfələrlə imza atmağa məcbur olan şəxslərin bir qayda olaraq imzaları həm gündəlik cari, həm də görüntü xatirinə cəkilən imzalardı. Əksər hallarda çəkdiyimiz imzaların hansı məna ifadə etdiyindən xəbərsizik. Hər halda bütün böyük qərarların sonunda kiçik bir imza dayanır. Bu səbəbdən də imza atarkən onun formasıyla yanaşı daşıdığı yükü də nəzərə almaq lazımdır. 

                                Yeganə Telmanqızı 


Tarix: 26-01-2021, 19:22 Oxunub: 1 864


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı