Vətəndaşın evinə zərər vuran söküntü işləri dayandırıldı

   Gecə saatlarında Bakının mərkəzində bir neçə ailənin evinin sökülməsi ilə bağlı görüntülər yayılıb. Kadrlarda vətəndaşların evindən çıxarıldığı, söküntünün qeyri-qanuni aparıldığı qeyd edilib.
     DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Yasamal rayonu, B.Şahtaxtinski küçəsində yaşayış evlərinə tikinti şirkətlərindən biri tərəfindən zərər vurulması ilə bağlı daxil olan məlumat üzrə araşdırma aparılır. 
    İyulun 5-də saat 00:49 radələrində vətəndaş N.Nəcəfzadə DİN-in 102 Zəng Mərkəzinə ərazidə tikinti aparan MTK tərəfindən evlərdə yaşayış olduğu halda evlərin sökülməsi barədə məlumat verib. Məlumatla bağlı polis əməkdaşları həmin ünvanda razılıq olmadan bir neçə mənzilin divarlarına zərər vurulmasını müəyyən ediblər. 

    Vətəndaşın müraciəti əsasında söküntü işləri aparan şirkətin işləri dayandırılıb. 

Faktla bağlı prosessual araşdırmalar davam etdirilir.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.


Tarix: 5-07-2024, 13:28 Oxunub: 294


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031