Torpaq almaq üçün də ipoteka krediti verilir?

Bakıda torpağın qiyməti bahalaşmaqda davam edir. Qiymətlər hər kəs üçün əlçatan olmadığından torpağı ipoteka ilə almaq istəyənlər də kifayət qədərdir. Bəs bu hal qanunvericiliklə necə tənzimlənir?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov torpağın ipoteka ilə alınmasının dünya təcrübəsində geniş yayıldığını bildirib. Ölkəmizdə isə topraq ipotekası hazırda yalnız kommersiya bankları tərəfindən verilir.

Azərbaycan Banklar Assosiasiyasının hüquq ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev bildirib ki, kommersiya banklarına torpaq krediti üçün müraciət edənlər var. Onun sözlərinə görə, dövlət banklarında torpaqların ipoteka ilə alınması isə nəzərdə tutulmayıb, amma istisnalar var.

Şərtlərə gəlincə, mütəxəssis qeyd edib ki, ipoteka ilə bağlı bütün prosedurlar eynidir. Sadəcə burada mənzilin əvəzinə torpaq qiymətləndirilir.



Tarix: 23-05-2024, 13:18 Oxunub: 2 937


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930