DİN bu şəxslərə dələduzluqla bağlı xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq dələduzluq halları ilə bağlı araşdırma aparmağı tövsiyə edib. Bununla bağlı nazirliyin yaydığı xəbərdarlıqda deyilir.

Qeyd olunur ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə bu məlumatları bilmək vacibdir: “Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir. Həmçinin siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır.

Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycanda yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycanın Elm və Təhsil Nazirliyinə müraciət edib sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”.


Tarix: 18-05-2024, 14:18 Oxunub: 265


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930