Ramazanın 15-ci günü - İftar və imsak saatları

    Sabah, Ramazan ayının 15-ci günü imsak vaxtı saat 05:09-da, iftar vaxtı isə 19:12-dədir. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqvimində qeyd olunub.
 
İmsak duası:
“Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl- xaifin”.
Tərcüməsi:
“İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi məvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!”
 
İftar duası:
“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Ya vasiəl-məğfirəti iğfirli!”
Tərcüməsi:
 “İlahi, Sənin üçün oruc tutdum və sənin ruzinlə iftar edib, yalnız sənə təvəkkül edirəm!”
 
Allah orucunuzu qəbul eləsin!


Tarix: 24-03-2024, 21:56 Oxunub: 40


Bölməyə aid digər xəbərlər
13-04-2021, 23:28 Ramazan ayı başladı