Kin, hirs, nifrət, qısqanclıq, düşmənçilik - insan beynini kimyəvi zəhərləyən beş hissdir. Bu hisslər birbaşa qana təsir edir. Kin ən çox bağırsağa təsir edir. Hirs damar dirənişini artırıb təzyiqi artırır. Hər şeyə qarşı düşmən mövqedə duranlar çox yaşamır.
Bəs necə xoşbəxt olaq, özümüzü necə xöşbəxt edək?
Şərq təsəvvüf ədəbiyyatına üz tutmaqda fayda var. Qərb fəlsəfəsində deyilir: "Özünü xöşbəxt et, xöşbəxt olarsan"
Şərq təfəkkürü isə məsələyə fərqli yanaşır: "Yaxşılıq et, xöşbəxt et ki, xöşbəxt olasan". Çünki insan başqasını xöşbəxt etdiyi zaman öz beynində də xoşbəxtlik hormonu yaranır. Buna görə də yaxşılıq etmək insanı xöşbəxt edir. Məşhurlardan bir qisminə bu barədə (xöşbəxtliyi əldə etməklə bağlı) sual verərkən belə bir cavab alıblar: "Yaxşılıq etməkdən başqa çarəmiz yoxdur".
Yaxşılıq edərkən şərt deyil ki, tanıyasan. Heç tanımadığın insana salam vermək, onu güldürmək də xöşbəxtlik hormonu yaranmasına səbəb olacaqdır.
Aygün Sadiq,
ATİA.AZ
Bölməyə aid digər xəbərlər